Accessibility links

ABŞ İŞİD-i dünyanın ən iri qeyri-nüvə bombası ilə vurdu


MOAB bombası Eglin Hava Bazası mərkəzində sınaq üçün hazırlanır. 11 mart, 2003.
MOAB bombası Eglin Hava Bazası mərkəzində sınaq üçün hazırlanır. 11 mart, 2003.

ABŞ hərbi qüvvələri öz arsenalındakı ən qüdrətli qeyri-nüvə bombasından Əfqanıstanda İŞİD-in yeraltı kompleksi üzərində istifadə edib.

Pentaqon GBU-43 markalı bombanın cümə axşamı İŞİD tunel kompleksinə atıldığını xəbər verib. Bomba hücumu Pakistanla sərhəddə yerləşən Nanqarhar vilayətinin Açin bölgəsində baş verib.

Biz İŞİD-in əməliyyat imkanlarını əldən almalıyıq, necə ki, bunu etmişik.
Şon Spayser, Ağ Evin mətbuat katibi

11 ton ağırlığında olan bomba “Kütləvi Sursat Hava Partlayışı” (MOAB) adlanır. Öz akroniminə görə ABŞ Hava Qüvvələri bu bombanı “Bütün Bombaların Anası” – (Mother of All Bombs) adlandırır.

Pentaqon sözçüsü Adam Stamp ilk dəfədir ki, ABŞ-ın bu bombadan döyüş zonasında istifadə etdiyini bildirib.

Ağ Evin sözçüsü Şon Spayser müxbirlərə deyib ki, o, Prezident Donald Trampın hərbi ölçünü təsdiq etməsindən xəbərdar deyil, ancaq “biz İŞİD-in əməliyyat imkanlarını əldən almalıyıq, necə ki, bunu etmişik.”

Bomba İŞİD-in öz müdafiə sistemini istehkamlandırmasına cavab olaraq atılıb, deyə ABŞ qüvvələrinin Əfqanıstandakı komandanı General Con Nikolson bildirib.

Ağ Evdə müxbirlərlə danışan Donald Tramp ABŞ hərbi qüvvələrini alqışlayaraq onların öz missiyalarının öhdəsindən başarıqla gəldiyini vurğulayıb.

“Biz onlara tam səlahiyyət vermişik və onlar da bunu edirlər,” Prezident Tramp bəyan edib.

ABŞ rəhbəri əlavə edib ki, son vaxtlar əldə olunan hərbi uğurlar onun administrasiyasının xarici təhlükələrə fərqli yanaşmasını əks etdirir.

“Son 8 həftədə baş verənlərlə son 8 ildə baş verənləri müqayisə etsəniz, görərsiz ki, ortada nəhəng fərq var,” deyə Prezident Tramp öz prezidentliyi ilə sələfi Barak Obamanın idarəçiliyi arasındakı təzadı önə çəkib.

XS
SM
MD
LG