Accessibility links

700-dən çox qlobal sahibkar ABŞ-ın qərb sahilində keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir.

Bu gün Kaliforniyanın San Xose şəhərində keçirilən konfransda Barak Obama çıxış edəcək. Konfransın məqsədi bütün dünyadan sahibkarlarla investorları bir araya gətirməkdir. Ancaq gənc sahibkar qadınlar diqqətlərini yalnız investor tapmağa yönəltməyiblər. Onlar bu tədbirdə insanlarla ünsiyyət qurmaq, ideyalarını bölüşmək, icmalar və mədəniyyətlər arasında körpülər yaratmaq kimi imkanlar əldə ediblər.

Konfransa dəvət edilən sahibkarların əksəriyyəti ilk öncə yerli layihələr üzərində işləməyə başlasalar da, onlar ideyalarının qlobal dünyada da tətbiq edilə biləcəyini anlayıb.

Elas Mari D’Silva ictimai yerlərdə cinsi təcavüz və işgəncəyə məruz qalan insanların hekayələrinin yer aldığı platforma Sfecity-nin təsisçisi və baş redaktorudur. O, bu işi Hindistanda başlatsa da, sonradan “problemin böyüklüyünü” anlayıb.

“Getdiyim hər yerdə insanların bu cür hekayələri olur,” deyə o, Amerikanın Səsinə bildirib.

Konfransın digər iştirakçısı Afrika Texnologiya Fondunun icraçı direktoru Stiven Oziqbo Nigeriyada anadan olub, amma indi Kaliforniyada yaşayır. O, Afrikada sahibkarlıq yaradıcılığını çətişləşdirən bilik çatışmazlıqlarının olduğunu desə də, afrikalılara çeşidli ideya və insanlara çıxış imkanını qloballaşmanın verəcəyini vurğulayır.

Amerikada dünyaya gələn Maykl Lvin də ABŞ və ailəsinin vətəni olan Birma arasındakı fərqi hiss edib. Əsasən də, əzmli, təhsilli xalası qızı Yazanın yaşayış xərclərini əldə etmək üçün çəkdiyi əziyyətləri gördəndən sonra kənd əhalisinə yardım edən Koe Koe Tech-i təsis edib.

“Mən bunun ədalətsizlik olduğunu düşünürəm. Mən “coğrafi lotoreya”dan faydalanıram, rahat həyatım olub. Yaza isə inanılmaz dərəcədə zəhmətkeş və istedadlı olmasına baxmayaraq, əziyyət çəkirdi. Bu da məndə insanlara kömək etməyin mənəvi öhdəliyini yaratdı,” deyə o bildirib.

Sammitdən təkcə xarici ölkələr deyil, ABŞ da faydalanacaq.

Rəsmilər deyir ki, ABŞ-ın xaricdə sahibkarlara investisiya etməsiylə, o icmalar Amerikada istehsal olunan mallar üçün bazara çevrilir.

XS
SM
MD
LG