Accessibility links

Pol Qobl: Azərbaycan gələcək liderlər nəsli yetişdirməlidir [Video]


Paul Goble: Azərbaycan gələcək liderlər nəsli yetişdiriməlidir
please wait

No media source currently available

0:00 0:05:43 0:00

ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Amerikanın Səsinə müsahibədə Azərbaycanın üzləşdiyi geosiyasi problemlər və seçkilər haqda danışır

Sual: Azərbaycan və İran arasında gərginliklər son zamanlar artmaqdadır. Siz bu münasibətləri bu gün necə görürsünüz? Onların gələcəyi necə görünür?

Cavab: Azərbaycan heç bir qruplaşmanın tərəfini saxlamamaqla balanslı xarici siyasət yürütməyə, qonşuları ilə işləyən bir münasibət saxlamağa çalışır. Lakin bu həmişə mümkün olmur. Əsasən Ermənistanı dəstəkləməklə, İran hökuməti Azərbaycanı narahat edən bir çox iş görüb. İranın beynəlxalq ictmaiyyət tərəfindən təcridi, sərhədlərindən Azərbaycana qaçaqmalçılıq, Ermənistanın blokadası Azərbaycana yeganə Naxçıvan yolunu açıq saxlayır. İranda 35 milyondan artıq azərbaycanlının yaşaması faktı, onların özlərini dil və mədəni baxımdan Azərbaycanın bir hissəsi hiss etməsi problemləri mürəkkəbləşdirir. İran hökumətinin şah rejiminin devrilməsindən sonra azərbaycanlıların türk dilində təhsil və təsisiatlarını yasaqlaması gərginliklərin artmasının digər bir faktorudur. Hesabatlara istinadən hazırda İran həbsxanalarında 3500 azəri türkü saxlanılır. Bu, Azərbaycanı narahat edir. Mürəkkəb qonşuluq şəraitində bu iki qonşu arasında gərginlik qaçılmaz olub.

Sual: 20 ildən artıqdır ki, Sovet İttifaqı dağılıb. Respublikalar müstəqillik əldə edib. İndi region əsasən ABŞ perspektivindən olmaqla, xaricdən necə görünür?

Cavab: Ümid edirəm ki, biz bu 15 respublikaya Moskvanın filalı kimi deyil, müstəqil ölkələr kimi baxaq. Latviya,Litva və Estoniya həmişə işğal olunmuş qərb dövlətləri kimi görünüb. ABŞ heç vaxt o əraziləri Sovet əraziləri kimi tanımayıb. Digər respublikalara baxış fərqli olub. Belə ki, onlar həqiqətən də müxtəlifdir. Bu ölkələr öz dillərində danışmağa üstünlük verir. İkinci dil kimi artıq rus deyil, ingilis dilini qəbul edir. Azərbaycan indi Rusiya deyil, Türkiyə ilə yaxınlıq edir. Orta Asiya respublikaları daha çox cənub və qərbə yönəlir. Ukrayna, Moldova, Belarus Avropa oriyentasiyasına malikdir. Gürcüstan və Ermənsitanın da yolu fərqlidir. Təssəüflər olsun ki, ABŞ-ın siyasəti bu fərqləri dərindən başa düşə bilmir.

Sual: Rusiyanın Cənubi Qafqazla balı niyyəti və əsas siyasi məqsədi nədən ibarətdir?

Cavab: Rusiya üçün Gürcüstan yol, Ermənistan alətdir. Azərbaycan isə mükafat. Rusiya hökuməti Azərbaycanda nüfuzunu bərpa etməklə yanaşı, onunla münasibətləri dərinləşdirməyə çalışır. Azərbaycan zəngin bir ölkə olmaqla yanaşı, onun coğrafi mövqeyi böyük əhəmiyyət kəsb edir. Bu isə Rusiyanın geo-strateji maraqlarına xidmət edir. Bu, Rusiyanın cənuba, İrana yoldur, Əlbəttə, Moskva Azərbaycanda özünə dost hökumət görmək istəyir. Ermənistan bir neçə ildən sonra başa düşəcək ki, Azərbaycanda Rusiyanın mənfəətinə xidmət edən hökumət yaransa, Rusiya Yerevenı satacaq. Azərbaycan isə başa düşməlidir ki, hətta torpaqlarının azad edilməsi müqabilində Rusiyanın təsiri altına düşsə, bu onun zərərinə olacaq. Rusiyanın məqsədi də məhz budur. Vladimir Putinin məqsədi Azərbaycanda Moskvanın dominantlığı ilə Sovet tipli bir quruluş yaratmaqdır.

Sual: Bu il Azərbaycanda seçki ilidir. Əvvəlki seçkilər beynəlxalq standartlara cavab verməyib. Builki seçkilərdə nə baş verdiyini görmək istərdiniz?

Cavab: Mən üç şeyin baş verəcəyinə ümid bəsləyirəm. Birincisi budur ki, seçkilər insanlara öz mövqelrini ifadə etməsinə imkan yaratsın. Ümidvaram ki, bu seçkilərdə Azərbaycanda insanlar hədə-orxu təhlükəsi olmadan öz fikirlərini ifadə edə biləcəklər. İkincisi seçkilərin şəffaflığıdır. Çox mühümdür ki, növbəti seçkilərdə əvvəllə müqayisədə irıliləyiş əldə olunsun. Ümid edirəm ki, növbəti seçkilərdə qüsurlar mərkəzi deyil, prefiral rol oynayacaq. Bu həm Azərbaycan üçün, həm də qalib üçün mühümdür. Üçüncü element budur ki, seçkilər təkcə fikri ifadə etmək şansı deyil. Demokratiya ona görə dəyərlidir ki, o, stabiliiyə imkan yaradır. Məsələn Rusiyaya, Belarusa, Özbəkistana baxsanız görərsiz ki, burada əhalinin rəyi heç nəyi həll etmir. Bu səbəbdən də bu ölkələrin gələcəyi qeyri-müəyyən qalır. Kim nə qədər yaxşı, ya pis idarə edirsə, fərqi yoxdur, sonda hamı ölür. Bu deməkdir ki, hər bir millətə gələcək liderlər nəsli lazımdır. Belə bir hal gələcəyin daha açıq, daha stabil olmasını təmin edərdi.
XS
SM
MD
LG