Accessibility links

Peşəkar qolf klubu ilk dəfə qadınları üzvlüyə qəbul edir


Oktyabr ayında açılacaq yeni mövsümə keçmiş dövlət katibi Kandaliza Rays da dəvət alıb

ABŞ-da peşəkarların turnirinə ev sahibliyi edən ən prestijli qolf klubu 80 illik tarixi ərzində ilk dəfə qadınları üzvlüyə qəbul edib.

Bazar ertəsi “Augusta National” Qolf Klubu oktyabr ayında açılacaq yeni mövsümə keçmiş dövlət katibi Kondoliza Raysı və Cənubi Karolina ştatından olan biznesin icraçı direktoru Darla Muru kluba qoşulmağa dəvət edib.

Hər iki xanım dəvəti qəbul edib. İndi onlar yalnız ultra-müstəsna qolf klubunun üzvləri üçün hazirlanmış məşhur yaşıl qolf formasını geyinə biləcəklər.

2002-ci ildə qadın hüquqları fəalı Marta Börk “Augusta National”ı diqqət mərkəzinə qoyaraq onlardan qadınları da kluba cəlb etməyi tələb etmişdi.

Klubun keçmiş rəhbəri Huti Conson həmin il qadınlıarı qəbul etməyərək nə vaxtsa qadınların da kluba dəvət olunacağını demiş, lakin bunun “süngü gücünə mümkün olmayacağını” bildirmişdi.
XS
SM
MD
LG