Accessibility links

Qoridə İosif Stalinin abidəsi götürülüb


Qoridə İosif Stalinin abidəsi götürülüb
Qoridə İosif Stalinin abidəsi götürülüb

Milyonlarla insanın edamına göstəriş verməklə onlarda özünə nifrət yaratsa da, doğma şəhərində sabiq Sovet liderinə hələ də pərəstiş edirlər

Sovet diktatoru İosif Stalinin abidəsi doğma şəhəri olan Gürcüstanın Qori şəhərindən götürülüb. Gürcüstan rəsmiləri 6 metr hündürlüyündə olan heykəli dünən gecə saatlarında götürüb. Milyonlarla insanın edamına göstəriş verməklə onlarda özünə nifrət yaratsa da, doğma şəhərində sabiq Sovet liderinə hələ də pərəstiş edirlər. Qoridəki jurnalistlər bildirir ki, heykəl götürülən zaman rəsmilər müxbirlərə çəkiliş üçün icazə verməyiblər. Gürcüstan rəsmilərinin sözlərinə görə, Stalinin abidəsi yerli muzeyə göndəriləcək. Heykəlin yerində isə 2008-ci il Rusiya ilə müharibə zamanı həlak olan insanların xatirəsinə abidə ucaldılması planlaşdırılıb.

XS
SM
MD
LG