Accessibility links

Ölkədə qripə qarşı kütləvi dezinfeksiya aparılır


Ölkədə qrip və kəskin respirator virusuna qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

Bu barədə APA agentliyinə Bakı Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşı Kəmalə Cəfərova məlumat verib.

O bildirib ki, səhiyyə nazirinin qrip və kəskin respirator xəstəliklərinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı əmrə əsasən dezinfeksiya tədbirləri ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlər və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə aparılacaq.

Noyabrın 1-də başlayan tədbirlər ayın 12-dək davam edəcək: "Dezinfeksiya Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı və Cəlilabadda aparılacaq”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG