Accessibility links

Quantanamodakı daha 5 məhbus Qazaxıstana köçürülüb


ABŞ mübahisəli Quantanamo təcridxanasında daha 5 məhbusu başqa ölkəyə köçürdüyünü açıqlayıb.

Pentaqonun açıqladığı bəyanatda deyilir ki, 3 yəmənli və 2 tunisli bu gün Qazaxıstana köçürülüb.

Göndərilən şəxskər Pakistanda Əl-Qaidə və başqa yaraqlı islamçı qruplarla əlaqəsi olmaqda şübhəli bilinərək həbs edilən aşağı səviyyəli məhbuslardır.

Artıq 11 ildir Quantanamoda saxlanılan bu məhbuslara heç zaman rəsmi ittiham irəli sürülməyib.

Barak Obamanının Quantanamonu bağlamaq səyləri çərçivəsində bu il təcridxanadan 28 məhbus başqa ölkələrə köçürülüb.

Prezidentliyinin sona çatmasına iki il qalan cənab Obama deyib ki, o, məhbəsin bu ay bağlanması üçün əlindən gələni edəcək.

Oradakı 127 məhbusdan 59-nun göndərilməsi üçün yaşıl işıq yandırılsa da, ABŞ qanunları onların öz vətənlərinə göndərilməsinə icazə vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG