Accessibility links

Quantanamodakı 2 uyğur El-Salvadora göndərildi


Pentaqon bildirir ki, Çinin müsəlman uyğur azlığından olan 2 nəfər Quantanamo həbsxanasından zad edilərək El-Salvadora göndərilib. Onlar 10 ilə yaxındır heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmışdı.

Çin hökuməti uyğurların Quantanamodan Çin qaytarılmasını tələb etsə də, Vaşinqton uyğurların Çində təqiblərə məruz qalacağını deyərək Pekinin tələbini rədd etmişdi və onların 3-cü ölkəyə göndərilməsinə qərar vermişdi. ABŞ bir müddət idi ki, uyğurları qəbul etmək istəyən ölkə axtarırdı.

İki uyğurun El-Salvadora köçürülməsi Quantanamonun sakinlərinin sayını 169-a azaldıb. Bu sakinlər arasında olan digər 3 uyğurun da azad olunması nəzərdə tutulub. Bu gün baş tutan köçürülmə 2011-ci ildən bəri ilk belə hadisədir.

Əvvəlki uyğurlar Albaniya, Bermud, Palau və İsveçrəyə göndərilmişdi. Quantanamoda saxlanılan uyğurlar 2001-ci ildə Pakistan-Əfqanıstan sərhədində ələ keçirilmişdi.

XS
SM
MD
LG