Accessibility links

Əli və Nino romanı üzrə bədii film çəkilir


Əli və Nino romanı üzrə bədii film çəkilir

Əli və Nino romanı üzrə bədii film çəkilir

The Hollywood Reporter veb səhifəsinə isitinadən Oskar mükafatının qalibi Kristofer Hampton Qurban Səidin yazdığı Əli və Nino romanının ssenarisini yazır. PeaPie Films Britaniya film istehsalı şirkəti prodyusser Kriz Tyukerin rəhbərliyi müəlliflik hüququəldə edərək, romana əsasən film çəkəcək. Səidin epik sevgi hekayəsi 20-ci əsrin ən orıjınal əsərlərindən biridir və 1937-ci ildə nəşr olunduqdan bəri 33 dilə tərcümə olunub. Filmin baş prodyusseri Leyla Əliyevadır.

Əli və Nino romanı üzrə bədii film çəkilir

Əli və Nino romanı üzrə bədii film çəkilir

Əsərin qəhrəmanlıarı Əli Xan və Nino Kipiani 20-ci əsrin əvvəllərində kosmopolit və Azərbaycanın neftlə zəngin paytaxtı Bakıda yaşayırlar. Əli müsəlmandır və Nino Avropa təcrübəsi olan xristian gürcü qızıdır. Aralarındakı fərqə baxmayaraq onlar biri-birini hələ uşaqlıqdan sevirlər və Əli Nino məktəbi bitirər-bitirməz onunla evlənməyə qərar verir.

Hampton 1988-ci ildə özünün “Dangerous Liaisons” tamaşasına əsasən çəkdiyi filmə görə Oskar mükafatı aldı.

The Hollywood Reporter veb səhifəsinə isitinadən Hamton Əli və Nino əsərini oxuyar-oxumaz hekayəyə vurulub. Onun sözlərinə görə kitab çox gözəl yazılıb və ilk dəfə nəşr olunduğu dövrdəki kimi müvafiqdir və bu gündə rezonans yaradır.

XS
SM
MD
LG