Accessibility links

Quseyr uğrunda şiddətli döyüşlər gedir


Syria
Syria
Suriyada hökumət əleydarı fəallar bildirir ki, Suriya qoşunları üsyançı döyüşçülərin əlində olan strateji Quseyr şəhərinin nəzarətini ələ keçirmək üçün bir həftədir ağır artileriya döyüşləri aparır.

Müxalifər tərəfdarı Suriya İnsan Haqlarını Müşahidə Qrupu bu gün bildirib ki, keçən bazar günündən bəri şəhərin mərkəzi magistralında minomyot və raket hücumları daha da şiddətlənib.

Quseyr üsyançılar üçün ən strateji şəhərlərdəndir. Belə ki, onlar Livana gedən təchizat yolunu qorumaq üçün döyüşlərdə qalib gəlməyə çalışır.

Bugünkü hücumlar Suriya qüvvələri Livanda qərargahlanan Hizbullah döyüşçüləri tərəfindən həyata keçirilir. Bu gün axşam saatlarında isə Hizbullahın rəhbəri Həsən Nəsrullah mühüm çıxışı gözlənilir. Nitq İsrailin 2000-ci ildə Livanı tərk etməsinin ildönümü qeyd etmək məqsədi daşıyır.
XS
SM
MD
LG