Accessibility links

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri İrana gedib


Əli Abbasov

Əli Abbasov

İran-Azərbaycan Yüksək Texnologiyalar Biznes Forumu keçiriləcək

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İrana səfəri başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iki günlük səfər zamanı rabitə və informasiya texnologiyaları sahəsi üzrə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı sərmayə yatırımı imkanları nəzərdən keçiriləcək, gələcək perspektivlər müzakirə olunacaq.

Həmçinin, səfər çərçivəsində nazir Abbasov İranın müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Bundan başqa, “İran-Azərbaycan Yüksək Texnologiyalar Biznes Forumu” keçiriləcək. Forum hər iki tərəfi təmsil edən sahibkarlar arasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
XS
SM
MD
LG