Accessibility links

İran diplomatları Britaniyanı tərk etdi


İran diplomatları Britaniyanı tərk etdi
İran diplomatları Britaniyanı tərk etdi

Tehranda Britaniyaya qarşı yeni etiraz aksiyaları keçirildiyi bir vaxt, İran diplomatları Britaniyadan çıxarılıb. İran diplomatları Britaniyanı bu gün yerli vaxtla saat 14:00 radələrində tərk edib. Bu həftənin əvvəlində ölkəsinin Tehrandakı səfirliyinə edilən hücumlardan sonra Britaniya İran diplomatlarının ölkədən çıxarılmasına qərar vermişdi. Mediadan yayınmaq məqsədi ilə İran bayrağının hələ də dalğalandığı Londondakı səfrilikdən işçilərin və qutularla dolu maşınların bu gün səhər tezdən çıxmağa başladığı deyilir.

Bu arada, Tehran Universitetindəki cümə namazından sonra əhalinin küçələrdə “Britaniyaya ölüm” şüarı səsləndirildiyi bildirilir. Etirazçıları istiqaməltəndirən yüksək vəzifəli din xadimi digər qərb ölkələrinə xəbərdarlıq edib ki, Britaniyanın siyasətini təkrar etməsinlər.

XS
SM
MD
LG