Accessibility links

İran parlamenti İngiltərə səfirliyinin işğalını himayə etməkdən peşman olub


İran parlamenti İngiltərə səfirliyinin işğalını himayə etməkdən peşman olub
İran parlamenti İngiltərə səfirliyinin işğalını himayə etməkdən peşman olub

Bəsici universitet tələbələrinin İngiltərənin Tehrandakı səfirliyinin işğalını İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bir üzvündən başqa hamısı dəstəkləyib. Hətta bəzi deputatlar bunu “üçüncü inqilab” adlandırıb.

Amma dekabrın 15-də İran parlamentinin veb saytı pasdarlara (İnqilab keşikçiləri) bağlı olan Şərq Agentliyinə istinadən bildirib ki, 160 nümayəndə məclisin bağlı qapılar arxasında keçirilən iclasında bir məktub imzalayıb. Dövlətin dörd qurumundan tələb edilib ki, ölkəyə təhdidlər, sanksiyalar, habelə 200 nəfər bəsicin 75 milyon İran xalqı adından gördüyü işlərlə bağlı parlamentə izahat versinlər.

Fazil Musəvi bəsici universitet tələbələrinin İngiltərə səfirliyini işğal etməsinə işarə edərək deyir ki, “səfirliyin işğalı İranın qoşulduğu beynəlxalq müqavilələrə ziddir və ölkənin beynəlxalq imicinə zərbə vurur, bu qəbuledilməzdir”.

Fazil Musəvi əlavə edir ki, 200 nəfərin gördüyü iş 75 milyonluq xalq adına yazıla bilməz. “Milli mənafe küçələrdə 200 nəfərlə müdafiə edilə bilməz. İngiltərə səfirliyinin işğalından sonra Avropanın 25 səfiri ingilis səfirliyini ziyarət edib. Bu xoşagəlməz əlamətdir və biz zərəri qarşılamalıyıq”.

Deputatın fikrincə, inkar zamanı keçib, realist olmaq zamanıdır. “Sanksiyalar və təhdidlər o yerə çatıb ki, parlament gizli iclas keçirməyə məcbur olub”.

Xatırladaq ki, ilk dəfədir ki, parlament nümayəndələri sanksiyaların mənfi təsirlərindən söz açır.

Pasdarların veb saytının müsahibə apardığı Şərq Agentliyinin müxbiri, islahatçı nümayəndələrdən sayılan Fazil Musəvi iddia edib ki, bu işə başlamağı 6 ay əvvəl düşünüb. “Niyə 6 aydan sonra bu məktubu yazıbsınız?” sualının cavabında deyib. “Son iki ayda sanksiyalar daha da şiddətlənib, hətta İran hücumla da təhdid olunur”.

Onun fikrincə, durum o qədər ağırdır ki, 2 saat ərzində 160 nümayəndə bu məktuba imza atıb.

Fazil Musəvi bildirib ki, təhdidlər və sanksiyaların xalqın yaşayışına buraxdığı təsirlər mübahisələrə, narahatlıqlara səbəb olacaq. “İran bir özəl durumdadır və məmləkəti saxlamağın yolu sadəcə təbliğat deyil”.

“Amma həmişə sanksiyanın təsirləri inkar olunurdu, sanki dövlət bu təsirləri qəbul etməyə hazır deyildi. Hətta bəzi deputatlar deyir ki, qərb ölkələri İranla əlaqələri kəssə “tərəqqi günü” olacaq” sualının cavabında o deyib. “Bu məzhəkəyəoxşayır. Rəsmilər sanksiyaların təsirini azaltmaq istəyirlərsə, gərək birinci adlımda bu təsirləri inkar etməkdən imtina etsinlər. Bu səbəbdən diplomatiyamıza yenidən baxmalıyıq - deyə o qeyd edib.

XS
SM
MD
LG