Accessibility links

İranda dəyişiklik ümidləri [Video]


İranda dəyişiklik ümidləri
please wait

No media source currently available

0:00 0:02:34 0:00
Iranda mötədil namizəd Həsən Ruhaninin tərəfdarları onun qələbəsini böyük sevinclə qarşılayıb. Onun səslərin 50 fazidən artığını toplaması bir çox ekspertin təəccübünə yol açıb.

Ruhani ilk mətbuat konfransında İranın uran zənginləşdirilməsi hüququnun tanındığı təqdirdə, ABŞ-la köhnə yaraların sağaldılacağına,sanksiyalar ləğv edilsə,Qərblə konstruktiv əməkdaşlığa söz verib. Ruhani nüvə proqramının beynəlxalq çərçivəyə əsasən fəaliyyət göstərdiyində şəffaflıq nümayiş etdiriləcəyini bildirib.

Bir çoxları üçün bütün bunlar onun sələfi Əhmədinejla müqayisədə böyük dəyişiklik kimi səslənə bilər.

Ruhani dünya liderlərindən ənənəvi təbrik mesajları alıb. İsrail prezidenti Şimon Peres ümid etdiyi bildirib ki, İran xalqının gizli qüdrəti ölkənin siyasətini yumşaldacaq.

Lakin İsrailin baş naziri Benyamin Netanyahu ümidli görünmür. “İrana güclü təsir göstərməklə nüvə proqramına son qoymaq olar. Bu və ya digər yolla nüvə proqramı dayandırılacaq."
İ
srail əks təqdirdə İranı hərbi müdaxilə ilə hədələyir.

İranın ali ruhani rəhbəri Atəyulla Əli Xameneyi nüvə siyasətini ciddi nəzərəti altında saxlayır. Təhlilçilər məhz bu baxımdan dəyişiklik gözləmir.
10 il əvvəl İranın baş nüvə müzakirəçisi olan Ruhani ölkə liderlərini nüvə siyasətində daha yumşaq mövqe tutmağa razı salmışdı.

İran üzrə ekspert Mark Fitzpatrik onun prezident kimi bu siyasətini davam etdərəcəyinə ümid olduğunu düşünür. “Nüvə proqramının fundamental müdafiəsində dəyişiklik olmayacaq. Amma hər hansısa kompromis və ya razılıq əldə edilməsi istəyi mümkün görünür. İstək olmasa, çarə də yoxdur.”

Bu, Ruhaninin qələbəsinə sevinənlərin də ağlında ola bilər. Onların bəziləri iqtisadi sanksiyalara aparan gərginliklər deyil, dəyişiklik və islahat istədiklərini deyir.
XS
SM
MD
LG