Accessibility links

İran Suriyaya arxa duracağına söz verib


İran Suriyaya arxa duracağına söz verib

İran Suriyaya arxa duracağına söz verib

İranın vitse-prezidenti Tehranın bütün təhlükələrdə Syriyanın arxasında dayanacağını deyib

Birləşmiş Ştatların Suriyanın hərəkətlərinin Yaxın Şərqdə stabilliyin pozulmasına gətirib çıxara biləcəyini deməsindən sonra, İran bu ölkəyə qarşı hər-hansı təhlükə yaranarsa, ona arxa duracağına söz verib. Bu gün Suriyanın baş naziri Məhəmməd Haci Əl-Otari ilə Dəməşqdə görüşən İranın vitse-prezidenti Məhəmməd Rza Rəhimi Tehranın bütün təhlükələrdə Syriyanın arxasında dayanacağını deyib. Cənab Rəhimi eləcə də, İsrailə də xəbərdarlıq edib ki, əgər İsrail ordusu hər-hansı hücum həyata keçirməyə qalxarsa “ayaqları kəsiləcək”.

İranın vitse-prezidentinin bu bəyanatları Birləşmiş Ştatların dövlət katibi Hilları Klintonun dünən Suriyanın Livandakı Hizbulla yaraqlılarını silahla təmin etdiyini və bunun İsraillə müharibəyə gətirib çıxara biləcəyini deməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG