Accessibility links

İranda həbs edilən amerikalı səyyahlar yaxın zamanda azad edilə bilər


İranda həbs edilən amerikalı səyyahlar yaxın zamanda azad edilə bilər
İranda həbs edilən amerikalı səyyahlar yaxın zamanda azad edilə bilər

İranın İraqdakı səfiri Həsən Danayi iki il əvvəl İranda həbs edilən amerikalı səyyahların yaxın zamanda azad edilə biləcəyini deyib. Associated Press-ə müsahibəsi zamanı səfir bildirib ki, Şeyn Bauer və Coş Fattalın azad ediləcəyini ümumi vəziyyət göstərir. O, Ramazan ayında amnistiyalar həyata keçirildiyinə işarə edib. İranın dövlət İSNA xəbər agentliyi səyyahların vəkilinə istinadən bildirib ki, Ramazan ayı münasibəti ilə onlar azad edilə bilər. Vəkil deyib ki, bir neçə həftə ərzində bununla bağlı məhkəmə hökm çıxara bilər. Amerikalı səyyahlar 2009-cu ildə İraqdan İrana keçərkən həbs edilmişdi. Onlardan biri Sara Şourd keçən sentyabr ayında yarım milyon dollar müqabilində azadlığa buraxılmışdı.

XS
SM
MD
LG