Accessibility links

İranda istehsal edilmiş raketlər NATO ordusu tərəfindən ələ keçirilib


İranda istehsal edilmiş raketlər NATO ordusu tərəfindən ələ keçirilib
İranda istehsal edilmiş raketlər NATO ordusu tərəfindən ələ keçirilib

Qərb rəsmiləri bu gün bildiriblər ki, keçən ay Taliban yaraqlılarının istifadə etdiyi İranda istehsal edilmiş raketlər NATO-nun Əfqanıstandakı ordusu tərəfindən ələ keçirilib. Adları açılanmasını istəməyən rəsmilər raketlərin fevral ayının 5-də İran və Pakistan sərhədlərində ələ keçirildiyini bildirir. Məlumatda NATO qüvvələrinin İranda istehsal olunan 50-yə yaxın 122 mm-lik raketlərinin Taliban yaraqlılarını cəmləşdiyi Nimruz vilayətində aşkar etdikləri deyilir. Rəsmilər raketlərin 20 km məsafəni qət edə bildiyini deyirlər.

İranın daxili işlər naziri Mustafa Naicar bu iddiaları rədd edib. Əfqanıstan rəsmiləri ilə müzakirələr məqsədi ilə Kabildə olan nazir Qərbin yalanları ilə müsəlman dövlətləri arasında parçalanma yaratmaq istədiyini bildirib

XS
SM
MD
LG