Accessibility links

İranda İnqilab Qvardiyasının bazasında partlayış olub


İranda İnqilab Qvardiyasının bazasında partlayış olub
İranda İnqilab Qvardiyasının bazasında partlayış olub

Iranın dövlət mətbuatı xəbər verir ki, İnqilab Qvardiyası Korpusunun Xürrəmabad şəhəri yaxınlığındakı İmam Əli bazasında baş verən partlayış nəticəsində 18 adam həlak olub və 14 nəfər yaralanıb. Lakin mətbuat ölən və yaralananlardan neçəsinin hərbi qulluqçu olduğu barədə məlumat verməyib. Rəsmilər deyirlər ki, sursat anbarında yanğının baş verməsi partlayışa səbəb olub. Keçən ay Mahabad şəhərində hərbi parad vaxtı partlayış nəticəsində 12 nəfər ölmüşdü. Rəsmilər bu hücumda kürd separatçılarını günahlandırırlar.

XS
SM
MD
LG