Accessibility links

İranın Kürdüstan əyalətində qanlı qarşıdurma baş verib


İranın Kürdüstan əyalətində qanlı qarşıdurma baş verib
İranın Kürdüstan əyalətində qanlı qarşıdurma baş verib

Qarşıdurma Sənəndəc şəhərinin 5 kilometrliyində yerləşən Həsənabad kəndində bəzi müxalif kürdlərin hüquq mühafizə qüvvələrinə silahlı hücumundan sonra baş verib.

Aprelin 21-də İranın Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərinin yaxınlığında silahlı müxalif kürdlərlə hökumət qüvvələri arasında baş verən qanlı qarşıdurmada bir neçə nəfər həlak olub.

“Media forum” saytının məlumatına görə, İranın hökumət saytlarının yaydığı məlumatlarda bildirilir ki, qarşıdurma saat 16-da Sənəndəc şəhərinin 5 kilometrliyində yerləşən Həsənabad kəndində bəzi müxalif kürdlərin hüquq mühafizə qüvvələrinə silahlı hücumundan sonra baş verib.

Qarşıdurma saat 23-ə qədər davam edib. Hücumçulardan bəziləri qaranlıqdan faydalanaraq hökumət qüvvələrinin mühasirəsini yarıb hadisə yerindən qaça bilsə də, onlardan bir neçə nəfəri öldürülüb, yaralananlar da var.

Hüquq mühafizə qüvvələrinə hücumu “yerli əksinqilabçı qruplaşmalar”ın törətdiyini bildirən İran mənbələri hadisədə öldürülənlərin kimliyi və hansı kürd təşkilatına bağlı olması barədə məlumat yaymayıb.

XS
SM
MD
LG