Accessibility links

İran nüvə yanacağı barədə mümkün razılıq əldə etmək üçün danışıqlara hazır olduğunu bildirib


İran nüvə yanacağı barədə mümkün razılıq əldə etmək üçün danışıqlara hazır olduğunu bildirib
İran nüvə yanacağı barədə mümkün razılıq əldə etmək üçün danışıqlara hazır olduğunu bildirib

Çin Xarici İşlər Nazirliyinin sözcüsü bildirib ki, İranın nüvə proqramı ətrafındakı mübahisələrin həllində danışıqlar ən yaxşı üsuldur

İranın nüvə rəhbəri ölkəsinin nüvə yanacağı barədə mümkün razılıq əldə etmək üçün ABŞ, Rusiya və Fransa ilə danışıqlara hazır olduğunu bildirib. İranın Mehr xəbər agentliyi Əli Əkbər Salehiyə istinadən bildirib ki, İran Vyana qrupuna daxil olan ölkələrlə yaxın bir neçə gündən sonra danışıqlar aparmağa hazır olacaq. Çin Xarici İşlər Nazirliyinin sözcüsü bu gün İranın danışıqları təzələmək barədə səylərini dəstəkləyərək bildirib ki, İranın nüvə proqramı ətrafındakı mübahisələrin həllində danışıqlar ən yaxşı üsuldur. O deyib ki, Çin Avropa İttifaqının bazar ertəsi günü İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsinin əleyhinədir. Bu həftənin əvvəli ABŞ Dölət Departamentinin sözcüsü demişdi ki, Vaşınqton İran ilə mümkün nüvə yanacağı razılığı və nüvə proqramı kimi geniş məsələləri haqda danışıqlara yenidən başlamağa hazırdır. Lakin İranın nüvə yanacağından başqa digər məsələlərin müzakirəsinə razı olacağı bəlli deyil.

XS
SM
MD
LG