Accessibility links

İranın nüvə yanacağı əvəzinə uranı Türkiyədə zənginləşdirməsinə razılıq verməsi müsbət qarşılanıb


İranın nüvə yanacağı əvəzinə uranı Türkiyədə zənginləşdirməsinə razılıq verməsi müsbət qarşılanıb
İranın nüvə yanacağı əvəzinə uranı Türkiyədə zənginləşdirməsinə razılıq verməsi müsbət qarşılanıb

Çin İranın nüvə yanacağı əvəzinə uranı Türkiyədə zənginləşdirməsinə razılıq verməsini müsbət qarşılamışdır. Çinin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Pekin bu təklifdən ürəklənib və əlavə danışıqlara tərəfdardır. İran dünən Braziliya və Türkiyə ilə 1200 kiloqram aşağı dərəcəli uranın səhiyyə sahəsində nüvə reaktorunda istifadə edilməsi üçün Türkiyədə yüksək səviyyədə zənginləşdirilməsi haqda razılığı imzaladı.

Birləşmiş Ştatlar və Qərb dövlətləri BMT-nin İrana qarşı sanksiyalar həyata keçirilməsinə təzyiqlər göstərdiyi bir vaxt əldə edilən razılığa skeptik yanaşdıqlarını bildirmişlər.

XS
SM
MD
LG