Accessibility links

Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə davam edib [Video]


Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

İki təqsirləndirilən şəxs ifadə verib

Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Arif Əliyev və Kənan Mədətov ifadə verib.

Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə davam edib
please wait

No media source currently available

0:00 0:04:25 0:00

Vəkil Fariz Namazlı bildirib ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqa verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələr arasında kəskin fərqlər var. Onlar məhkəməyə verdiyi ifadədə özlərini təqsirli saymırlar, hadisə yerinə sadəcə çay içmək üçün getdiklərini bildirir.

Məhkəmə yanvarın 19-dək təxirə salınıb.

Rasim Əliyev 2015-ci il avqustun 8-də paytaxtın Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Beş nəfər - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev jurnalisti döyərək öldürməkdə təqsirli bilinir.

Faktla bağlı yuxarıda adı sadalanan şəxslərlə yanaşı “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da saxlanılıb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Sonradan cinayət işinin materiallarından C.Hüseynovla bağlı iş ayrıca icraata götürülüb.

Rasim Əliyev facebook-da futbolçu Cavid Hüseynovla bağlı status yazdıqdan sonra döyülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG