Accessibility links

RATİ Ümumdünya Mətbuat Günü ərəfəsində kampaniya keçirir


Reportyorların Azadlıq ve Təhlükəsizlik İnstitutunun logosu

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ümumdünya Mətbuat Günü (3 May) ərəfəsində Azərbaycanda ifadə azadlığının susdurulmasına son qoyulması çağırışı ilə 30 günlük kampaniyaya başlayır.

Əsasən RATİ YUNESKO-nu böhtan ittihamı ilə həbs olunan bloger Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırır. Əslində o, korrupsiya və vətəndaşların hüquqlarının pozulması haqda reportajlarına görə təqib olunur.

RATİ YUNESKO-nun baş direktoru İrina Bokovaya ünvanladığı müraciətində Mehman Hüseynovun müdafiəsi üçün səsini ucaltmağa, onun azadlığa buraxılmasını tələb etməyə, Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı YUNESKO-nun xoş məramlı səfiri adından məhrum etməyə çağırır.

RATİ həmçinin YUNESKO rəhbərini Azərbaycan hakimiyyətindən aşağıdakıları tələb etməyə çağırır: bütün siyasi məhbusların azad edilməsi, jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qoyulan qadağanın ləğvi, “Azadlıq” qəzeti və digər tənqidi KİV-lərə qarşı təzyiqlərə son qoyulması, bəzi müxalifət saytlarının bloklanmasından imtina, diffamasiyaya görə cinayət təqiblərinin ləğvi, KİV-in və jurnalistlərin fəaliyyətini məhdudlaşdıran qanunverici düzəlişlərin ləğvi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG