Accessibility links

Rauf Mirqədirov: Aktiv hərbi əməliyyatların yenidən bərpası mümkündür [Video-Müsahibə]


Rauf Mirqədirov: Aktiv hərbi əməliyyatların yenidən bərpası mümkündür
please wait

No media source currently available

0:00 0:08:25 0:00

Rauf Mirqədirov: Aktiv hərbi əməliyyatların yenidən bərpası mümkündür

Siyasi icmalçı Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağda son gərginliyi şərh edib

“Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında son gərginlik, münaqişənin həlli perspektivləri, regionda hərbi-siyasi balansdan danışıb. Jurnalist 2014-cü ilin aprelində dövlətə xəyanət ittihamı ilə 6 il həbsə məhkum edilib. 2016-cı il martın 17-də Bakı Apellyasiya Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla, şərti cəza ilə əvəz edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Amerikanın Səsi: Həmişə azadlıqda. Cəmiyyətin, beynəlxalq ictimaiyyətin müdafiənizlə bağlı apardığı işi qənaətedici hesab edirsinizm?

Onların hamısına təşəkkürümü bildirirəm. Bir də ayrıca olaraq ən çətin məqamda mənim ailəmə dəstək olanlara, ilk növbədə isə ailəmə sığınacaq vermiş İsveçrə hökumətinə minnətdarlığımı bildirmək istəyirəm.

Rauf Mirqədirov: Birincisi, sizə təşəkürümü bildirirəm. İkincisi, yəqin ki, mənim başıma gələn hadisə 10-15 il əvvəl olsa idi, müdafiəmlə bağlı aparılan işləri o qədər də qənaətbəxş hesab etməzdim. Yadınızdadırsa o vaxtlar da bu cür hadisələr olanda cəmiyyətin daha kəskin reaksiyası olurdu. Cəmiyyət daha canlı idi, kütləvi informasiya vasitələri, qeyri hökumət təşkilatları daha güclü idi. Onların təsir imkanları geniş idi. Ancaq Azərbaycanda mövcud olan bu günki şəraitdə hesab edirəm ki, məni müdafiə edən insanlar, həmkarlarım, ailə üzvlərim, vəkillərim, KİV-lər, beynəlxalq təşkilatlar və sair. Onlar mümkün olandan da artığını edib. Ona görə də onların hamısına təşəkkürümü bildirirəm. Bir də ayrıca olaraq ən çətin məqamda mənim ailəmə dəstək olanlara, ilk növbədə isə ailəmə sığınacaq vermiş İsveçrə hökumətinə minnətdarlığımı bildirmək istəyirəm.

Amerikanın Səsi: Son zamanlar cəbhədə baş verən gərginlik Rusiyanın regional maraqlarına hansı təsirlər edə bilər? Faktiki bu gərginlik Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqton səfərindən bir gün sonra baş verib.

Məni bir qədər təəccübləndirən, bu hadisələr vaxtı Amerika diplomatiyasının qeyri-çevikliyi oldu.

Rauf Mirqədirov: Məndə belə təəssürat yarandı ki, elə bil, Moskva bu münaqişəyə hazır idi. Bilirsiniz ki, böyük dövlətlər adətən atəşkəs pozulanda bir qədər gözləmə mövqeyi tuturlar ki, görsünlər hadisələr hansı istiqamətə inkişaf edir və onların hansı səviyyədə reaksiyasına zərurət yaranacaq. Əksər hallarda atəşkəsin adi pozulmasından söhbət gedirsə bu zaman reaksiya xarici işlər nazirliyi, sözçü səviyyəsində olur və yaxud da nazir müavinlərinin biri brifinq keçirəndə onun dilindən tərəflər atəşkəs rejiminə əməl etməyə çağırılır. Amma, Qarabağda hadisələr gecə başladı, səhər tezdən Rusiya prezidentinin mətbuat katibi Peskov özünün deyil, Rusiya dövlət başçısının münaqişə ilə bağlı fikrini bildirdi. Ondan sonra bir neçə saat ərzində hadisələrin gedişinə xarici işlər naziri münasibətini bildirdi, Moskva ilə Yerevan arasında telefon zəngləri oldu, Rusiya müdafiə naziri məsələyə qarışdı. MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Niokolay Bordyuja da məsələyə qarışdı. Elə bir təəssürat yarandı ki, Moskvada hadisələrin hansı istiqamətə inkişaf edəcəyini çox gözəl bilirdilər və əvvəlcədən bu münasibətlər, bəyanatlar hazır idi. Əvvəlcədən atılacaq addımlar müəyyən edilmişdi. Digər tərəfdən fikir verməliyik ki, münaqişənin bu şəkildə gedişi kimin maraqlarına cavab verdi. Fikir verirsinizsə, atəşkəs rejiminin bərpası Rusiya vasitəçiliyi ilə oldu. Rusiya növbəti dəfə özünün ATƏT-in Minsk qrupundan fərqli bir planının mövcudluğunu da yada salmağa və ya bu planı işə salmağa çalışdı. Sözsüz ki, həmin plan ATƏT-in Minsk qrupundan fərqlidir, daha çox Rusiya maraqlarının nəzərə alınması ilə fərqlənir. Məni bir qədər təəccübləndirən, bu hadisələr vaxtı Amerika diplomatiyasının qeyri-çevikliyi oldu. Hər iki prezident, həm Azərbaycanın, həm də Ermənistanın dövlət başçısı hadisələrin qızğın vaxtında Vaşinqtonda idi. Mən düşünürdüm ki, Amerika diplomatiyası daha çevik hərəkət edib prezidentlərin görüşünü təşkil edə bilərdi və atəşkəs rejiminin bərpası haqqında saziş orada daha yüksək səviyyədə Amerikanın vasitəçiliyi ilə qəbul edilə bilərdi. Nəinki Moskvada baş qərargah rəislərinin iştirakı ilə Moskvanın vasitəçiliyi ilə qəbul edilərdi. Bu doğrudan da təəccüb doğuran bir situasiya idi. Elə bil ki, Vaşinqton bilərəkdən təşəbbüsü Rusiyanın əlinə vermək istəyirdi.

Amerikanın Səsi: Hazırda tərəflər Rusiya prezidentinin təşəbbüsü ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlib. Fikrinizcə münaqişənin həlli yaxındadırmı?

Moskva ilə Vaşinqton bəyan etdikləri kimi doğrudan da Qarabağ münaqişəsinin həllində vahid mövqedən çıxış edə bilsəydilər, onların vahid mövqeyi olsa idi münaqişə tərəflərini çox asanlıqla böyük sülh sazişinin imzalanmasına yumşaq desək həvəsləndirə bilərdilər, təhrik edə bilərdilər, bəzi hallarda hətta təzyiq göstərib məcbur da edə bilərdilər.

Rauf Mirqədirov: Çox yaxın olduğunu düşünmürəm. Nə üçün düşünmürəm? Siz vasitəçilərin bəyanatlarına fikir verirsiniz? Onlar bir sıra hallarda çox asanlıqla məsuliyyəti münaqişə tərəflərinin boynuna atırlar. Həm Moskvada, həm Vaşinqtonda təxminən belə fikirlər söylənilir, “biz ancaq vasitəçiyik, əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür və onlar razılaşmalıdır”. Mən bu bəyanatları ən azından səmimi hesab etmirəm. Düşünürəm ki, Moskva ilə Vaşinqton bəyan etdikləri kimi doğrudan da Qarabağ münaqişəsinin həllində vahid mövqedən çıxış edə bilsəydilər, onların vahid mövqeyi olsa idi münaqişə tərəflərini çox asanlıqla böyük sülh sazişinin imzalanmasına yumşaq desək həvəsləndirə bilərdilər, təhrik edə bilərdilər, bəzi hallarda hətta təzyiq göstərib məcbur da edə bilərdilər. Yəni regionda kimin əlinin kimin cibində olduğu hamımıza kifayət qədər aydındır. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir, xüsusilə təhlükəsizlik məsələlərində çox ciddi asılılıq var. Rusiyanın Azərbaycana da kifayət qədər iqtisadi, siyasi təsir imkanları var. Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik göstərir.

Amerikanın Səsi: Cəbhədə aktiv hərbi əməliyyatlar yenidən bərpa oluna bilərmi? Bu nə vaxta təsadüf edə bilər?

Rusiya təəssübkeşləri deyəndə ki, qərb regionda Rusiyanın maraqlarına zərbə endirmək üçün münaqişənin hərbi, yaxud da qaynar bir mərhələyə keçməsində maraqlıdır və ya idarə olunan hansısa bir xaos yaratmaq istəyir, bu ən azından bir az gülünc səslənir.

Rauf Mirqədirov: Cəbhədə aktiv əməliyyatların yenidən bərpası mümkündür. Yenə də problem ondan ibarətdir ki, regionda hərbi-siyasi təmsilçilikdə balans yoxdur. Regionda, Cənubi Qafqazda Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi var. Həm Gürcüstanın işğal olunmuş ərazilərində, həm də Ermənistanda Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi mövcuddur. Regionda Qərbin, yaxud da ABŞ-ın ona balans yarada biləcək təmsilçiliyi yoxdur. Ona görə bəzən məsələn, Rusiya təəssübkeşləri deyəndə ki, Qərb regionda Rusiyanın maraqlarına zərbə endirmək üçün münaqişənin hərbi, yaxud da qaynar bir mərhələyə keçməsində maraqlıdır və ya idarə olunan hansısa bir xaos yaratmaq istəyir, bu ən azından bir az gülünc səslənir. Çünki Qərbin burada əlində situasiyanı idarə edə biləcək hərbi qüvvə yoxdur. Məhz bunu Rusiya idarə edə bilər. Əgər hansısa anda münaqişənin çox qızışdırılması Rusiyanın marağında olacaqsa biz cəbhə bölgəsində ciddi təxribatların şahidi olacağıq.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG