Accessibility links

Ərəb Parlamenti Suriyadakı müşahidəçi missiyasına son qoyulmasına çağırdı

  • Amerikanın səsi

Ərəb Parlamenti Suriyadakı müşahidəçi missiyasına son qoyulmasına çağırdı

Ərəb Parlamenti Suriyadakı müşahidəçi missiyasına son qoyulmasına çağırdı

Ərəb Liqasının tövsiyəçi qurumu təşkilatın Suriyadakı müşahidəçi missiyasının dərhal geri çağırılmasını tələb edib. Qurum bildirib ki, bu missiya Bəşar əl-Əsəd hökumətinə əhaliyə divan tutmaq üçün pərdə funksiyasını daşıyır.

Ərəb Liqası bu günlərdə Suriyadaya doqquz aylıq üsyan zəminində dinc nümayişçilərə qarşı basqıları monitorinq etmək üçün müşahidəçi qrup göndərib.

Amma müşahidəçi missiya ölkəyə gəldikdən bəri öldürülən adamların sayı daha da çoxalıb. Missiyanın bəzi üzvləri rejimə loyal bəyanatları ilə qəzəb doğurublar. Missiyanın sudanlı rəhbəri repressiyanın episentrində duran Homs şəhərində təəssüratlarından razı qaldığını bildirib.

88 üzvlük tovsiyəçi funksiya daşıyan Ərəb Parlamenti bildirib ki, Suriyada gnüdə onlarla adam zorakılılqarın qurbanına çevrilir. Parlament Ərəb Liqasının baş katibi Nabil Elarabini ərəb dövlətlərinin xarici işlər nazirlərini bir araya toplamağa və missiyanın fəaliyyətinə xitam verməyə çağırıb.

XS
SM
MD
LG