Accessibility links

Ərəbistan səhralarının tozu Bakıya gəlib


Ərəbistan səhralarının tozu Bakıya gəlib

Ərəbistan səhralarının tozu Bakıya gəlib

Ərəbistan səhralarında baş verən burulğan Bakıya qalın toz təbəqəsi gətirib. Aprelin 5-də Bakıda tozun miqdarı normadan 2,5 dəfəyədək çox olub.

Hazırda Bakıda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bildirib ki, havada tozun miqdarının artmasına əsas səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının bərqərar olunmuş cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, aprelin 6-dan başlayaraq zəif cənub, cənub-şərq küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması proqnozlaşdırılır ki, bu da atmosfer havasında toplanmış toz hissəciklərinin səpələnməsi və miqdarının azalması üçün əlverişli şərait yaradacaq. Gözlənilən yağışlı hava şəraiti isə qısa bir müddətdə çirklənmənin minimuma enməsinə səbəb olacaq.

XS
SM
MD
LG