Accessibility links

Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan ölkə tarixində ilk birbaşa prezident seçkisində qalib gəlib. Xalq tərəfindən seçilən ilk prezident kimi cənab Ərdoğan ölkəyə beş il rəhbərlik edəcək.

Türkiyənin mərkəzi seçki kommissiyası bazar günü bildirib ki, səslərin demək olar çoxu sayılıb və ilkin nəticələrə görə cənab Ərdoğan seçkidə mütləq üstünlük əldə edib.

Seçki nəticələri onun iki rəqibi - İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlu və kürd tərəfdarı Xalq Demokrat Partiyasından Səlahəttin Dəmirtaş üzərində böyük üstünlük qazandığını göstərir.

Paytaxt Ankarada Ədalət və İnkişaf partiyasının baş qərargahında qələbə çıxışında cənab Ərdoğan hər kəsi ictimai barışığa səsləyib.

O, konstitusiyanı dəyişəcəyinə və Türkiyədə prezidentin simvolik fiqurdan icraedici səlahiyyətlərə malik ölkə başçısına çevirəcəyinə söz verib.

XS
SM
MD
LG