Accessibility links

Sabiq müdafiə naziri Rəhim Qazıyev saxlanıb


Sabiq müdafiə naziri Rəhim Qazıyev

Sabiq müdafiə naziri Rəhim Qazıyev

O yerli mediada prezidentə açıq məktubla müraciət etmişdi. Məktubda sərt tənqidlər var idi

Sabiq müdafiə naziri Rəhim Qazıyev polis tərəfindən saxlanıb. Bu barədə bu gün saat 22 radələrində onun evinə zəng edərək həyat yoldaşına bildiriblər.

Rəhim Qazıyevin həyat yoldaşı Sevil xanım Amerikanın Səsinə (www.amerikaninsesi.org) bildirib ki, saat 22 radələrində evlərinə bir şəxs zəng edərək Daxili İşlər Nazirliyinin inzibati-xətalar qurumundan olduğunu bildirib və Rəhim Qazıyevin saxlandığını ailəsinə xəbər verib.

“Həmin şəxs mənə narahatçılıq üçün əsas olmadığını dedi. O tələsirdi və tez də telefonu yerə qoydu. Mənim suallarıma cavab vermədi. Adını, familiyasını demədi, Rəhimin harada və niyə saxlanması barədə məlumat vermədi, ” Sevil xanım Amerikanın Səsinə bildirib.
Həmin şəxs mənə narahatçılıq üçün əsas olmadığını dedi. O tələsirdi və tez də telefonu yerə qoydu. Mənim suallarıma cavab vermədi. Adını, familiyasını demədi, Rəhimin harada və niyə saxlanması barədə məlumat vermədi.

Rəhim Qazıyev dünən yerli mediada prezident İlham Əliyevə açıq məktubla (http://www.azadliq.info/musahibe/337-muesahb2/28473-rehim-qaziyevden-ilham-eliyeve-mektub.html) müraciət edib. Sabiq nazir prezidenti və iqtidarı əsgər ölümlərinə, korrupsiya hallarına görə kəskin tənqid edib. Rəhim Qazıyev martın 19-da saat 17-də “Azadlıq” radiosuna müsahibə vermək üçün evdən çıxıb. Qazıyev radioya gəlməyib və onun telefonuna saat 17-dən etibarən zəng çatmır.

Hüquq mühafizə orqanları sabiq nazirin saxlanması ilə bağlı məlumatları indiyədək rəsmi olaraq təsdiq etməyib.
XS
SM
MD
LG