Accessibility links

ABŞ rəsmiləri Nyu-Yorkda 120-ə yaxın cinayətkar banda üzvünü həbs edib. Polis reydi Nyu-Yorkun tarixində ən böyük əməliyyat adlandırıb.

Həbslər çərşənbə günü bir neçə reyd zamanı həyata keçirilib.

Polis komissarı Uliam Bratton bildirib ki, banda üzvlərinə bizim küçələrdə yer yoxdur. Onların həbsə gedəcəkləri yer, onların mənsub olduqları yerdir.

Bu gün biz iki zorakı qanqster qruplaşmasını məhv etməyə çalışırıq. Onlar illər boyu Bronks küçələrinə vahimə salmış və çox sayda adama qarşı zorakılıqlar törətmişlər.

"Bu gün biz iki zorakı qanqster qruplaşmasını məhv etməyə çalışırıq. Onlar illər boyu şimali Bronks küçələrinə vahimə salmış və çox sayda adama qarşı zorakılıqlar törətmişlər," Manhattan prokuroru Preet Bharara bildirib.

2 Fly YGZ və Big Money Bosses qruplarının üzvləri reketlik, narkotik və odlu silah cinayətləri törədməkdə ittiham olunur.

Sübh çağı həyata keçirilən reydlərdə yüzlərlə Nyu York Polis Departamentinə məxsus hüquq-mühafizə orqanları əməkdaşları, federal agentliklər iştirak edib. Onlar şübhəliləri yaxalamaq üçün bəzi hallarda helikopter və zirehli maşınlardan istifadə ediblər

XS
SM
MD
LG