Accessibility links

Maştağa Psixiatriya Xəstəxanasından qaçan iki nəfər tutulub


Maştağa Psixiatriya Xəstəxanasından qaçan daha iki nəfər tutulub
Maştağa Psixiatriya Xəstəxanasından qaçan daha iki nəfər tutulub

Fakta görə azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma maddəsi ilə cinayət işi başlanıb

Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanadan qaçanların tutulması barəsində Daxili işlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış, Cinayət Məcəlləsinin 304-cü maddəsi (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) ilə axtarışda olanlar - Tural Abbasov və Yusif Məhərrəmov Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsindəki mənzillərdən birində tutulublar.

Psixiatriya Xəstəxanasında müalicə olunan Tural Abbasov, Elvin Nəsrullayev, Razim Hacıyev və Yusif Məhərrəmov orada xidmətdə olan polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.

Xəstəxanadan qaçan digər iki nəfər -Elvin Nəsrullayev və Razim Hacıyev isə bir müddət əvvəl saxlanılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG