Accessibility links

Respublikaçıların siyasəti nə olacaq? [Fotoqalereya]


Nümayəndələr Palatasının spikeri Con Beyner respublikaçıların idarə etdiyi Konqresin enerji və iş qanunları üzərində işləyəcəyini bildirib. O, hazırkı anın hökumətin nəticələrlə üzləşdiyi vaxt olduğunu deyib.

Respublikaçılar Barak Obamanın sağlamlıq sığortası planı ilə bağlı mübahisələri qaldıra bilər. Belə ki, bir çox respublikaçı nümayəndə planın geriyə çəkilməsinə çağıraraq, hökuməti bir çox işlərə hədsiz müdaxilə etməkdə günahlanıdırıb.

Bundan əlavə prezident Ebola böhranına cavabına görə hücuma məruz qala bilər. Bir çoxları Barak Obamanın Rusiyanın Ukraynaya müdaxiləsi və ABŞ-ın başçılığı ilə İraq və Suriyada İŞİD-lə mübarizə səylərini tənqid edir.

Amerikanın iki siyasi partiyası arasında vergi və mühacirət siyasətlərində daimi fikir ayrılığı mövcuddur.

ABŞ dövlıət başçısı ilin sonunadək yeni mühacirət qanununa dair fərman imzalayacaq.

XS
SM
MD
LG