Accessibility links

Respublikaçılar arasında dilemma [Video]


Respublikaçılar arasında dilemma
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Siyasi müşahidəçilər deyir ki, çərşənbə günü əldə etdiyi böyük qələbələrdən sonra nyu-yorklu daşınmaz əmlak maqnatı Donald Trampın öz partiyasının nominasiyası uğrunda mübarizəni qazanmaq şansı artıb. Bir çox partiya liderləri və sadiq mühafizəkarlar bunun qarşısını almaq istəsə də, bunu etməklə partiyanın parçalanmasına səbəb olacaqlarından narahatdırlar. Çərşənbə günü Texasın bir rayonunda keçirilən qonaqlıqda isə Respublikaçıların gələcəkdə üzləşəcəyi problemlər üzə çıxıb.

Bu əvvəlcədən təxmin edilə bilinməyən bir seçki ili oldu. Nəticələr gözlənilməzdir, insanlar isə bir çox səbəbdən qəzəblidir.

Çərəşənbə axşamı konqresmen Kevin Breydinin seçki sonrası qonaqlığında çox sevincli bir əhval-ruhiyyə var idi.

Breydi ABŞ Konqresində ən böyük vəzifələrdən sayılan Nümayəndələr Palatasının Vergi Komitəsinin sədridir. O, sadiq mühafizəkardır və Konqresdə ölkədəki ən mühafizəkar rayonlardan birini təmsil edir. Buna baxmayaraq onun üç rəqibi var. Onlardan biri isə Tea Party-nin üzvüdür.

Culi Törner Breydini çox güzəştə getməktə ittiham edən qruplardan birinə başçılıq edir.

“O bizim dəyərləri təmsil etmir, o, diqqətini sadəcə sədrlik vəsifəsinə yönəldib. Yaxşı olardı ki, o, həm bizim dəyərlərə sadiq olaraq səs versin, həm də sədrliyini davam etdirsin, onda heç bir problem olmazdı.”

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp
Prezidentliyə Respublikaçı namizəd Donald Tramp

Lakin bir çox mühafizəkar Tea Party-nin ekstremizmini rədd edir.

“Təəssüflər olsun ki, bəzi insanlar öz bildiyini oxuyur və mühafizəkarlıq prinsipləri ilə bağlı doqmatik düşünür ki, bu da onların işləri həll etmələrinə mane olur.”

Breydi seçicilərin məyusluğunu anladığını deyirI

“Bu əvvəlcədən təxmin edilə bilinməyən bir seçki ili oldu. Nəticələr gözlənilməzdir, insanlar isə bir çox səbəbdən qəzəblidir. İnsanlar Konqresin əsas məsələrə çox diqqət yetirmədiyini düşünür.”

Rice Universitetinin siyasi təhlilçisi Mark Consun dediyinə görə, Breydiyə qarşı rəqabət Respublikaçılar partiyasında dərin ayrı-seçkiliyin göstəricisidir.

Ya onlar noyabrda Donald Trampın namizədliyi dəstəkləməlidir, ya da bir başqasının. Amma belə etməklə onlar Tramp tərəfdarlarının dəstəyini də itirəcək. Bu isə onlar üçün daha da dəhşətli ola bilər.
Mark Cons

“Rəqiblərindən 10 dəfə artıq xərcləməsinə baxmayaraq, Kevin Breydi səslərin sadəcə 53 faizini qazanıb.”

Tanya Kotten kimi bir çox Respublikaçı seçici isə Donald Trampı dəstəkləyir.

“O, dürüstdür, düşündüyünü söyləyir.”

İllər boyu Tramp həm liberal, həm də mühafizəkar kampaniyaları dəstəkləyib. Bunu edərkən də o, hər fürsətdən istifadə edən bir insan reputasiyasını qazanıb.

“Donald Trampın nələri müzakirəyə aça biləcəyi məlum deyil. Bizim isə konstitusional hüquqlarımız müzakirəyə açıq deyil.”

Texaslı senator Ted Kruzu dəstəkləyən Törner Trampın əleyhdarlarının onun qarşısını iyulda keçiriləcək Respublikaçıların konvensiyasında ala biləcəklərini düşünür.

Prezidenliyə Respublikaçı namizədlər Marko Rubio, Ted Kruz və Con Keysik
Prezidenliyə Respublikaçı namizədlər Marko Rubio, Ted Kruz və Con Keysik

Lakin Mark Cons deyir ki, əgər Respublikaçılar Trampın qarşısını almağa çalışsa, bu, Trampı dəstəkləyənləri çox qəzəbləndirəcək.

“Ya onlar noyabrda Donald Trampın namizədliyi dəstəkləməlidir, ya da bir başqasının. Amma belə etməklə onlar Tramp tərəfdarlarının dəstəyini də itirəcək. Bu isə onlar üçün daha da dəhşətli ola bilər.”

Trampı dəstəkləyənlər isə Respublikaçılar partiyasını gücləndirərək noyabr ayında Ağ Ev uğrunda mübarizədə qalib gələcəklərini deyir.

XS
SM
MD
LG