Accessibility links

"M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatı olub


Rəsulzadə ensiklopediyasının təqdimatı
Rəsulzadə ensiklopediyasının təqdimatı

Dünən Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirib.
“M.Ə.Rəsulzadə Ensiklopediyası”nın müəllifi və M.Ə.Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu ensiklopediyanın bu günlərdə çapdan çıxdığını bildirib. O, əsərin 504 səhifə həcmində olduğunu söyləyib.

Ensiklopediya M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Polşa dövrləri daxil olmaqla, bütün dövləri tam şəkildə əhatə edir.

Ensiklopediya sosial şəkəbələrdə yerləşdirilə biləcək şəkildə hazırlanıb. Belə ki, orada 300-ə qədər sənədin özü və fotosu hazırlanıb, 200-ə qədər məktub, yazışmalar əksini tapıb.

Bundan əlavə, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə hazırlanan qəzet və jurnalların biblioqrafiyası tərtib edilib. Biblioqrafiyaya M.Ə.Rəsulzadənin sağlığında nəşr etdirdiyi 1150 məqalə və 27 kitabın adı daxil edilib.

“Bu ensiklopediya M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinin qurulmasının ideoloq və baş memarı olmasının təsdiqidir və XX əsrdə ikinci belə şəxsiyyət olmayıb”, - deyə N.Yaqublu ensiklopediyanın nəşrinin mahiyyətinə toxunub.

Müəllif həm də ensiklopediyanı Azərbaycan Demokratik Respublikasının 95 illiyinə Fondun töhfəsi adlandırıb.

XS
SM
MD
LG