Accessibility links

Amerikada riyaziyyat böhranı [Video]


Amerikada riyaziyyat bilikləri böhranı
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Son sorğuda, hər üç amerikalıdan biri riyaziyyatı yaxşı bilmədiyini etiraf edib.

Çox vaxt riyaziyyatın təhsilin təməli olduğu bildirilir. Kommunikasiya, kompyuter elmi, incəsənət, internet, kosmik kəşfiyyat - bunların hər biri əsasən riyazi anlayışlara əsaslanır. Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının keçirdiyi ən son beynəlxalq sorğuda amerikalı şagirdlər riyaziyyatda göstərdikləri nəticələrə görə 27-ci yeri tutub. Bunun səbəbi nədir və bununla bağlı nələr etmək olar?

İbtidai siniflərdə riyaziyyat tədrisində motivasiya və entuziazm çatışmır. Uşaqlara fənni sevdirmək üçün isə müəllimənin entuziazmı son dərəcə əhəmiyyətlidir

Riyaziyyat təkcə hesablamaq deyil. Tarix boyu alimlər və filosfolar riyaziyyatı biliyin təməli adlandırıblar, riyaziyyatın sadə gözəlliklərini yüksək qiymətləndiriblər.

Lakin çox amerikalı riyaziyyatda çətinlik çəkir. Son sorğuda, hər üç amerikalıdan biri riyaziyyatı yaxşı bilmədiyini etiraf edib.

Nyu-Yorka yaxın Dobbs Ferri şəhərində yerləşən Mercy Kollecinin tanınmış riyaziyyatçısı Albert Posamentier bunun səbənin açıqlayır.

“Bu ölkənin və Avropanın ibtidai sinif müəllimləri də ümumi əhalinin bir hissəsidir, ona görə də onlar bəzən şüuraltı bəzən də şüurlu yolla riyaziyyata qarşı istəksizliyi şagirdlərə çatdırırlar. Nəticə isə odur ki, ibtidai siniflərdə riyaziyyat tədrisində motivasiya və entuziazm çatışmır. Uşaqlara fənni sevdirmək üçün isə müəllimənin entuziazmı son dərəcə əhəmiyyətlidir.”

Nyu-Yorkda fəaliyyət göstərərn Milli Riyaziyyat Muzeyinin məqsədi uşaqlara riyaziyyatı sevdirməkdir. Bu 30-dan çox attraksionu olan yüksək texnologiyalı oyun meydançasına bənzər qeyri-adi bir muzeydir.

Riyaziyyat muzeyinin direktoru Sindi Laurens:

“Xalq olaraq biz uşaqları riyaziyyata, elmə, texnologiyaya və mühəndisliyə sövq etməliyik, çünki bu, bizim işçi qüvvəmizdir, məhsuldarlığımız onlardan asılıdır.”

Hər gün muzeyi yüzlərlə həyəcanlı şagird və böyüklə ziyarət edir. Orada siz “Hyper Hyperboloid” mərkəzində bi-birinə toxunmayan rəngli kabellərlə əhatə olunmuş stulda otura bilərsiniz və ya dörd-bucaq şəkilli üç-təkərli velosiped sürə bilərsiniz ya da palıd qozasının üzərindəki rollerkosterə minə bilərsiniz.

“Mən burda hazırda öyrəndiyimdən daha çox şey öyrənirəm, amma burada riyaziyyata bağlı oyunlar görmək maraqlıdır.”

Xalq olaraq biz uşaqları riyaziyyata, elmə, texnologiyaya və mühəndisliyə sövq etməliyik, çünki bu, bizim işçi qüvvəmizdir, məhsuldarlığımız onlardan asılıdır

“Bunlar riyaziyyatı insanların düşündüklərindən daha az ürküdücü göstərir.”

“Mənə elə gəlir ki, mən burada yeni bir şey öyrəndim. Bu mənə böyük nailiyyət kimi görünür, çünki elə bil mən çətin bir riyazi məsələni həll etmişəm.”

Məqsəd şagirdləri maraqlı sərgiləri onların həll edə bildikləri riyaziyyatla əlaqələndirməyi öyrətməkdir.

Dekan Posamentier bildiri ki, Amerikanın riyaziyyatla olan əlaqəsinin şagirdləri bu fənndən uzaqlaşdırmadığını unutmamaq lazımdır. Hər il 800 mindən artıq xarici tələbə Amerikaya elm, biznes və əlbətdə ki, riyaziyyat oxumağa gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG