Accessibility links

İnsanabənzər robot [Video]


Robot Sally hərtərəfli hərəkət edən platformadır. İnsani görünüşü olan cihaz kentavrı xatırladır. O, çox dar yerlərdə dönə, kiçik maneələri aşa, obyektləri yaxından təhlil və hətta əlləri ilə onlardan bacarıqla istifadə edə bilir.

Ancaq Robot Sally ilk başda keşikçi kimi tapşırıqlar üçün dizayn edilməmişdi.
Mayk MakLaflin APL Protez Proqramının əsas tədqiqatçısıdır.

O deyir ki, bu proqramın məqsədi kompleks hərəkət etmə qabiliyyətinə sahib təbii qola bənzər robot protez qollar inkişaf etdirməkdir.

Əgər biz bu protezləri insanlar üçün edə bilsək, biz bunları robot platformalara qoyaraq, onları təhlükəli vəziyyətlərdə istifadə edə bilərik.

Bu, çox mürəkkəb işdir. MakLaflin deyir ki, cihaz sadəcə insan əlinin sahib olduğu elastikliyə deyil, insan əlinin gücünə ehtiyacı var. Baş barmaq xüsusən mürəkkəb idi çünki o əllə obyektləri tutmağa imkanı verir. Və bundan əlavə hər şey əl ölçüsündə yerə yerləşməlidir.

MakLaflin bir başqa problemin süni ələ necə nəzarət etmək olduğunu deyir.
“Beləliklə biz qolla beyin arasında əlaqəni necə yaratmağa aydınlıq gətirməliydik. Biz bunu onurğa zədəsi almış xəstələrdə beyinlə əlaqə saxlayib qolu hərəkət etdirmək üçün xəstənin düşüncələrindən istifadə etmişik.”

Əlbəttə ki, axtarış və xilasetmə işlərində, Robot Sally xüsusi əlcək və eynək vasitəsilə uzaqdan idarə ediləcək.

Eynəklər operatora robotun əllərini görmək və onların hərəkətini dəqiq idarə etmək imkanı verir.

MakLaflin insanların çevikliyinin lazım olduğu təhlükəli, çirkli və cəld işlərdə robotlardan istifadə edilə biləcyini deyir.

“Məsələn, qapını açmaq, qapağı döndərmək və ya sizin bildiyiniz kimi insan qabiliyyətinin lazım olduğu Fukişima nüvə elektrik stansiyası kimi yerlər. Həmin yerə gedib və belə bir atmosferdə çalışmaq üçün insanı qabiliyyətə ehtiyac var.”

MakLaflin texnologiya praktik tətbiq üçün hələ hazır olmadığını deyir. Ancaq beş il müddətində ciddi irəliləyişlər görəcəklərini bildirir.
XS
SM
MD
LG