Accessibility links

Elm

Exoskeleton - Gəzməyə yardım edən robot [Video]


Bir düyməyə basmaqla onurğa sütunu zədəsi almış bu gənc oğlan yenidən gəzə bilməyə başlayıb. O, buna görə gəzməyə yardım edən Exoskeleton Robotuna minnətdardır.

20 kg agırlığındakı alüminium və karbon fiber cihazının baterya ilə üç saata qədər işləyən dörd mühərriki var. Tayvanda yerləşən Sənaye Texnologiya Araşdırma İnstitutundan ixtiraçı Vu Çenq-hua deyir ki, cihaz 12 xəstə üzərində müvəffəqiyyətlə sınaqdan keçirilib.

Vu Çenq-hua: "Bizim apardığımız tədqiqat nəticəsində öyrəndik ki, sinənin dördüncü birləşməsindən aşağı iflic olan xəstələr bizim robot vasitəsilə gəzə və otura biliblər."

Vu deyir ki, gəzməklə əzələlər də hərəkət etdiyi üçün bu, xəstələrə əlavə fayda da verir.

Vu Çenq-hua: "Klinik prosesdə biz onların sümüyünün mineral sıxlığını yoxladıq və xəstələrin sümüyünün mineral sıxlığında yaxşılaşma gördük. Bu onların sağlamlığı baxımından müsbət göstəricidir."

Vu deyir ki, onu robotu 2018-ci ildə artıq satışda olacaq.

Bu arada Tokyonun Haneda Aeroportunun baqaj daşıma işçiləri yaxın günlərdə buna oxşar cihazı sınaqdan keçirməyə başlayacaqlar.

Cyberdyne şirkətinin icraçı direktoru Yoşiyuki Sankay deyir ki, “Hal” adlanan exoskeleton cihazı hər hansı bir şəxs geydikdən sonra əyilərək ağır əşyanı qaldırmaq istəyəndə cihaz hərəkəti hiss edəcək.

Yoşiyuki Sankay: "Bu robot kostyum insanların sinir sistemindən gələn siqnalları qəbul edir və bel hərəkətinə dəstək verir. Cihaz avtomatik dəstəyin səviyyəsini tənzimləyir və insanın belinə düşən ağırlığı azaldır, yükü çox yüngül və kompakt edir."

Batareya ilə işləyən cihazın ağırlığı 3 kg-dır və 3 saat işləyə bilir. Gələcək 6 ay ərzində Haneda aeroportu 3 exoskeletonu və bir neçə kişik təmizləmə və baqaj-daşıma robotunu sınaqdan keçirəcək.

XS
SM
MD
LG