Accessibility links

Ailəsinin adı Amerika kapitalizminin rəmzinə çevrilən filantrop milyarder Devid Rokfeller bazar ertəsi yuxuda ikən keçinib. Onun 101 yaşı var idi.

Chase Manhattan bankının sabiq rəhbəri 19-cu əsrdə Standard Oil imperiyasının yaradıcısı Con Rokfellerin sonuncu nəvəsi idi.

Rokfeller ailəsinə məxsus var-dövlətin incəsənət və ekoloji sahələr daxil olmaqla, humanitar məqsədlər üçün istifadə olunmasına çalışıb.

Həyatı boyu David Rokfeller ailəsinin Amerikada qərargahlanan qlobal kapitalizmə böyük dəstəyini davam etdirib. O, heç kimi diqqətsiz qoymayıb. Devid vergidən yayınmaq üçün yollar axtaran milyarder yoldaşlarını tənqid etməsi ilə də tanınıb.

Rokfeller ailəsinə məxsus var-dövlətin incəsənət və ekoloji sahələr daxil olmaqla, humanitar məqsədlər üçün istifadə olunmasına çalışıb.

Chase Manhattan bankının rəhbəri kimi Rokfeller Amerika bankının ilk ofislərini Moskva şəhərində və kommunist ölkəsi olan Çində açıb.

Onun böyük oğlu Nelson Nyu-York ştatının sabiq qubernatoru və Cerald Fordun prezidentliyi dövründə sabiq ABŞ vitse-prezident vəzifəsində çalışıb.

XS
SM
MD
LG