Accessibility links

Sendi qasırğası səbəbi ilə seçkiqabağı kampaniyalar təxirə salınır. Respublikaçı namizəd Mitt Romni və vitse-prezident Co Bayden Virciniya Biçdə keçirəcəkləri görüşləri ləğv edib. Bayden orada bu gün, Romni isə sabah olmalı idi.
Barak Obama isə erkən seçkilərdə səs verən ilk prezident olub.

Bu arada, Romni iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə ciddi dəyişiklərə çağırıb. Dünən Ayova ştatında danışan namizəd prezident Obamanın 3 debat zamanı əsaslı təkliflərlə çıxış etmədiyini deyib.

Hökumətin açıqladığı hesabatda Amerika iqtisadiyyatında 2 faiz artım müşahidə edildiyi bildirilib. Ağ Ev göstəriciləri iqtisadiyyatın doğru səmtdə irəlilədiyinə işarə kimi qiymətləndirib.
Obama isə Romninin iqtisadi təkliflərinin yalnız borcları artıracağını deyir.
XS
SM
MD
LG