Accessibility links

Prokuror Rüfət Səfərova 10 il iş istəyib [Rüfət Səfərovla audio-müsahibə]


Keçmiş müstəntiq ittihamı sifariş hesab edir

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarsında davam etdirilib.

Prosesdə prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək. R. Səfərov sabah son söz deyəcək.

please wait

No media source currently available

0:00 0:02:48 0:00

***

Sentyabrın 7-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun işi üzrə məhkəmə davam edib. O, rüşvət almaqda ittiham olunur.

Bu gün iki şahid dinlənilib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, şahid Babək Hacıyev ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiqləməyib.

Şahid heyvandarlıqla məşğul olur və ona vaksin verməyən baytardan prokurora şikayət edib. R.Səfərov əsas olmadığına görə bu fakt üzrə cinayət işinə başlamayıb. Sonradan heyvandar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib və orada da cinayət işi başlamayıb.

Cinayət materiallarına görə, R.Səfərov guya B.Hacıyevi çağırıb və ona deyib ki, baytardan 500 manat alıb və pulun bir hissəsini heyvandara verəcək ki, o, öz şikayətini geri götürsün.

Lakin, məhkəmə zamanı B.Hacıyev bildirib ki, Baş Prokurorluqda müstəntiq ona hazır mətn verib və o, bunu oxumadan imzalayıb. Heyvandarın sözlərinə görə, R.Səfərov onu, ümumiyyətlə, çağırmayıb və Baytarlıq Xidmətinin rəisinə 500 manat verilməsi barədə heç bir söhbət olmayıb.

Digər şahid Şaiq Əliyev də Baytarlıq İdarəsində çalışır. O bildirib ki, cinayət işinin qaldırılmaması üçün onun rəisinin R.Səfərova rüşvət verməsi barədə “eşidib”. Proses davam edir.

Xatırladaq ki, R.Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib.

Dekabrda R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə çıxarılıb.

Yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edir və cinayət işinin sifariş olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG