Accessibility links

Ruhların fotoları [Video]


Müasir fotoqraf köhnə şəkillər çəkir və bu şəkillərdə ruhları yerləşdirir. Bu şəkilər 1860-70-cı illərdə amerikalı Vilyam Mamlerin çəkdiyi portretlərə bənzəyir. O, portlerın arxa fonunda da ruhların təsvirləri olurdu. Hazırda Merilendin Baltimor şəhərində fəaliyyət gpstərərn fotoqraf Con Milleker həmin xüsusiyyətlərdən istifadə edir. Bu fotoqrafiya növü ruh fotoqrafiyası adlanır.

Fotoqraf Con Milleker Delapleyn, Virciniyada yerləşən Sky Meadows Milli Parkında ruh fotosessiyası üçün hazırlıqlar görür. Amma ilk öncə o ziyarətşilərə ruh fotoqrafiyası ideyasını yaradan Vilyam Mamler barədə bəhs edir.

“O, öz şəklini çəkib və sonra şəkildə boşqabın içində yanında ruh əmələ gəlib. O buna əhəmiyyət verməyib və boşqabın yaxçı təmizlənmədyini düşünüb. Amma sonra şəkli dostları və ailəsinə göstərəndə onlar bu ruhu 10 il əvvəl vəfat edən qohumuna bənzədiblər.”

Mamler ruhların şəkillərdə yer ala biləcəyini inandıraraq zəngin müştərilər cəlb edib. Bu müştərilərin sırasına ABŞ vətəndaş müharibəsi bitəndən günlər sonra öldürülən prezident Abraham Linkolnun həyat yoldaşı Mery Todd Linkoln da daxildir. Münaqişə zamanı 600 mindən çox insan həlak olub və bəzi insanlar sevdiklərinin axirət dünyasında olduqlarına inanmaq üçün sübut axtarıb. Mamler onlara sübutu şəkildə göstərə biləcəyini iddia edirdi. Amma o həmçinin ruhun görsənməmə və ya başqa bir cismdə çıxa bilmə ehtimalı barədə də xəbərdarlıq edirdi.

“Daha sonra o fiziki və ruhi formanın hər zamna eyni olmadığını anladırdı.”

Amma Millekerin fotolarında ruhlar hər zaman görsənir. O, Mamlerin şəkillərini yamsılamaq üçün şüşə qabdan və 1860-ci illərin linzası olan kameradan istifadə edir. Milleker Mamlerin şəkillərini yaratmaq üçün bir neçə üsuldan istifadə edə biləcəyini deyir.

“Məsələn bir insanın şəklini çəkib, linzanı bağlayıb, sonra rəsmə daha birini əlavə edib, linzanın qapağını açmaq. Bu oturan şəxsin araxınsda bir ruhunun olduğu hissini yaradır.”
Milleker çəkillərini Maler kimi hazırlayır. O, şəkil neqativini şəffaf şüşənin üzərinə çıxarır.

Millekerin müştəriləri nəticələrə heyran qalırlar.

Milleker ruhun yalançı olduğunu anlamağın yolunu göstərir.

“Mənim düşüncəm budur ki, əgər biz öncədən ruhun orada yer alacağını bilmiriksə,necə olur ki, sağ tərəfdə o qədər yer buraxırıq.”

Milleker deyir ki, onun müştərilərinin ruh çəkillərinin nostaljisindən xoşu gəlir. Bu cütlük isə özləri üçün qeyri-adi nişan şəkli çəkiblər.

XS
SM
MD
LG