Accessibility links

Siyasətçilər və ekspertlər Rusiyalı hakerlərin ABŞ-ın seçki sisteminə müdaxiləsindən şübhələnir [Video]


Rusiyalı hakerlərin Amerika siyasətçilərinin kompyuterlərinə daxil olmaları ilə bağlı yaranan qalmaqal davam edir. Müdafiə naziri Eş Karter ABŞ-da noyabr ayında keçiriləcək seçkilərə müdaxilə etməməklə bağlı Rusiyaya xəbərdarlıq edib. Respublikaçı namizəd Donald Tramp Rusiyanın müdaxilə etdiyinə inanmadığını bildirib.

ABŞ seçkiləri müzakirələrin diqqət mərkzindədir. Bunu sizə izah etməzdən əvvəl biraz keçmişə nəzər salaq.

Sistem mərkəzdən idarə olunmur. Səslər hərkəsin yaşadığı yerdə toplanır. Hər ştat öz təhlükəsizliyini özü təmin edir və özünün seçki sistemi var. Bu metod seçki saxtakarlığının qarşısını almaq üçün nəzərdə tutulub.

Buna görə də Federal Təhqiqatlar Bürosu Arizona seçki komitəsinə Rusiyalı hakerlərin onların sisteminə daxil olduğunu bildirəndə bunun necə qarşılandığını təsəvvür etmək olar. Ekspertlər həmçinin Rusiya Demokrat partiyasının emaillərinə daxil olmaqda günhalnadırır.

ABŞ-ın Gürcüstan və Qazaxıstanda sabiq səfiri Uiliam Kourtney yazıb ki, Rusiya sürüdən ayrılmış "təhlükəli fil" kimi qəbul ediləcək.

Uilyam Kortni: “Böyük güclər hədəflərə nail olmaq üçün bir-biri ilə işləməlidir. Beləliklə Birləşmiş Ştatlar və Çin qlobal iqlim dəyişikliyi problemi üzərində birgə işləyir. Böyük güc təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz.”

Prezidentliyə respublikaçı namizəd Donald Tramp Rusiya televiziyasına müsahibədə Rusiyanın müdaxiləsinə inanmadığını deyib.

Tramp: “Bu imkansızdır.”

Rusiya prezidenti Vladimir Putin kiber hücumlarla bağlı hər hansı əlaqə haqda iddiaları rədd edir. Demokrat senator Ben Kardin.

Ben Kardin: “Siz buna əminliklə inanmalısınız ki, bu strategiyalar yüksək səviyyəədə razılaşdırılıb.”

Hazırda Rusiya tərəfindən ABŞ-ın növbəti prezidentinin seçiləcəyi seçkilərə müdaxiləsi ilə bağlı narahatlıqlar mövcuddur. Respublikaçı senator Bob Korker.

Bob Korker: “Əgər onlar bunu etsə, bunun təsiri ola bilər və əlbəttə, o zaman nəticələrlə bağlı şübhələr yarana bilər. Bu onlar üçün böyük qələbədir.”

Hər ştatın öz seçki sistemi olduğunu xatırlayırsınız. Kortni Daxili Təhlükəsizlik nazirliyinin seçki sistemini ölkənin mühüm infrastrukturunun bir hissəsi kimi qorumasını təklif edir.

Uilliam Kourtney: “Bu o deməkdir ki, ABŞ hökuməti güclü anti-virus sisteminə malik, kiber hücumundan müdafiə gücü olan həmin təşkilatları aktiv şəkildə işə cəlb edəcək.”

Lakin prezident seçkilərinə 60 gündən az bir vaxtın qaldığı zaman buna nail olmaq üçün çox gec ola bilər.

XS
SM
MD
LG