Accessibility links

ABŞ prezidentliyinə namizədlərin Rusiya ilə bağlı mövqeləri [Video]


ABŞ prezidentliyinə namizədlərin Rusiya ilə bağlı mövqeləri
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Rusiyaya dair baxışlar 2016-cı il ABŞ prezident seçkilərində gözlənilməyən dərəcədə böyük bir rol oynayır. ABŞ höküməti rəsmən Moskvanı seçkiləri respublikaçı namizəd Donald Trampın xeyrinə çevirmək cəhd edərək, Demokratların Milli Komitəsinə qarşı kiber hücumlar həyata keçirməkdə günahlandırıb. Rusiya prezidenti Vladimir Putin isə hər hansı bir müdaxiləni təkzib edir. Bu, respublikaçı namizəd Donald Tramp və demokrat namizəd Hillari Klinton arasında Rusiya ilə bağlı fikir ayrılığına səbəb olan bir neçə məsələdən biridir.

Mən Rusiyanın təcavüzkarlığı və ambisiyalarını vurğulamaq istəyirəm. Rusiya Suriyaya müxadilə etməyə və bundan əlavə Birləşmiş Ştatların prezidenti olaraq kimi görmək istədiyinə qərar verib və bu insan mən deyiləm.
Hillari Klinton

Son iki ildə Rusiya daha sərt xarici siyasət kursuna başlayıb. Bu ilk olaraq Krımın ilhaqı və Ukraynada separatçı üsyançılara dəstək, daha sonra isə Bəşər Əl-Əsəd rejimi adından Suriyaya müdaxilədə özünü büruzə verir.

Moskvanın əməlləri builki ABŞ prezident seçki debatlarında və kampaniya tədbirlərindən tez-tez müzakirə mövzusu olub. Demokrat Hilalri Klinton Moskvaya qarşı daha sərt mövqeyə malikdir:

“Mən Rusiyanın təcavüzkarlığı və ambisiyalarını vurğulamaq istəyirəm. Rusiya Suriyaya müxadilə etməyə və bundan əlavə Birləşmiş Ştatların prezidenti olaraq kimi görmək istədiyinə qərar verib və bu insan mən deyiləm,” deyə o bildirib.

Brukinqs İnstitutunun təhliçisi Tomas Rayt deyir ki, Klintonun Rusiyaya qarşı antipatiyası qarşılıqlıdır.

“Putin dövlət katibi Klintonu onun 2012-ci ildə hakimiyyətə dönmsinə qarşı etirazlara səbəb olmaqda günahladırır. O düşünür ki, etirazların arxasında Birləşmiş Ştatlar, xüsusilə də Dövlət Departamenti dayanırdı,” Rayt deyir.

Öz növbəsində isə Donald Tramp daha öncə Putinlə bağlı verdiyi müsbət şərhlərindən geri çəkilib.

Donald Tramp- Vladimir Putin
Donald Tramp- Vladimir Putin

“Mən Putini sevmirəm, amma ona nifrət də etmirəm. Biz nələrin olacağını görəcəyik. Bəlkə bizim aramızda yaxşı münasibət olacaq. Bəlkə də çox pis münasibətimiz olacaq. Bəlkə də orta,” deyə Tramp bldirib.

Terrorizm məsələləri üzrə ekspert Malkolm Nansın fikrincə Trampın Rusiya ilə bağlı mövqeyi respublikaçıların ümumi mövqeyi və demokratların xarici siyasət liderlərinin baxışlarından tamamilə fərqlənir.

“O düşünür ki, NATO-nun yarasızlığı, Avropa İttifaqının dağılması və beləliklə də Rusiyanın Şərqi Avropaya tam nəzarəti saxlaması, eləcə də Rusiyanın Suriyada istədiyini etməsi kimi mövqeyi Vladimir Putinin tələbləri ilə üst-üstə düşür.”

Fikrimcə, Rusiya ilə münasibətimizin yaxşı olmalıdır, çünki, məsələn, birlikdə biz İŞİD-ə qarşı mübarizə apara bilərik.
Donald Tramp

Ancaq Klinton və başqalarının Rusiyanın təcavüzü hesab etdiyi məsələlər Trampa fürsət olaraq görünür.

“Fikrimcə, Rusiya ilə münasibətimizin yaxşı olmalıdır, çünki, məsələn, birlikdə biz İŞİD-ə qarşı mübarizə apara bilərik,” deyə o bildirir.

Klintonun kampaniyası onun emaillərinin haker hücumuna məruz qalmasını Rusiya prezidenti Putinin Trampı Amerikanın gələcək prezidenti olaraq görmək arzusunun sübutu olaraq görür.

Tramp isə deyir ki, seçicilər Demokrat Partiyasının emaillərinin potensial baxımdan zərərli məzmununa bu email-lərin haker hücumuna məruz qalmasının arxasında kimin durduğundan daha çox diqqət yetriməlidir.

XS
SM
MD
LG