Accessibility links

Rusiyanın müstəqil agentliyinin sorğularının nəticəsinə görə, rusların əksər hissəsi Amerika ilə bağlı mənfi fikrə malikdir. Respondentlərin 71 faizi Amerikaya ya çox pis, ya da pis münaibət bəslədiyini bildirib.

Leveda mərkəzinin sorğusu may ayının sonunda keçirilib və bu gün açıqlanıb.

Mart ayında keçirilən sorğularla müqayisədə bu dəfə anti-Amerika əhval-ruhiyyəsinə malik olanların sayı 10 faiz artıb.

Hansı ölkəni düşmən hesab edirsisiniz sualının cavabında respondentlərin 69 faizi Amerikanın adını çəkib.

Amerikadan sonra Rusiyaya düşmən ölkə kimi Ukrayna göstərilib. 25 faiz Litva, 23 faiz Latviya, 21 faiz isə Estoniyanın adını verib.

Ən yaxın ölkələr kimi Belarus (51 faiz),Çin (40 faiz) və Qazaxıstan (37 faiz) göstərilib.
XS
SM
MD
LG