Accessibility links

Rusiya Avropa İttifaqından bəzi ət məhsullarına qadağa qoyub


Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Avropa və Birləşmiş Ştatlardan gətirilən ərzaq məhsullarına qoyulmuş məhdudiyyətləri genişləndirərək, müxtəlif növ ət məhsullarına qadağa tətbiq edib.

Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət edən Rosselxoznadzor Avropa ölkələrindən dana və donuzun iç orqanları, həmçinin dana, donuz və toyuq piyinin idxalına məhdudiyyətlərin çərşənbə axşamı günündən qüvvəyə minəcəyini bildirib.

Agentlik məhdudiyyətlər haqda qərarın Avropadan bu məhsullarda qadağan olunmuş və zərərli maddələrin aşkar edilməsindən sonra verildiyini bildirib.

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Krımı ilhaq etdiyinə və Ukraynanın şərqində separatçılara dəsək verdiyinə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları tənqid edib.

Moskvada hakim Yedinaya Rossiya partiyası tərəfindən təşkiş edilmiş tədbiqdə məruzə ilə çıxış edən Sergey Lavrov deyib ki, Ukrayna və Rusiya tərəfdarı separatçıların keçən ay atəşkəs haqda razılıq imzalanmasından sonra Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi Birləşmiş Ştatların Avro-Atlantik məkanda öz liderliyini bərpa edib, “Rusiyanı öz yerinə oturtmaq” məqsədilə Ukraynada vəziyyətdən istifadə etdiyini göstərir.

XS
SM
MD
LG