Accessibility links

Kreml rusiyalı silah alverçisinə qarşı çıxarılmış hökmü tənqid edir


Rusiya Xarici İşlər Nazirliyi ABŞ məhkəməsinin rusiyalı silah alverçisi Viktor Boutu 25 il azadlıqdan məhrum etmə qərarını tənqid edib. Nazirlik bu gün çıxardığı bəyanatda hökmü pisləyərək ABŞ məhkəməsinin qərarının siyasi sifarişdən qaynaqlandığını deyib.

ABŞ hakimi Boutu raket qurğularını Kolumbiya üsyançılarına satmağa cəhd etdiyinə görə 25 illik həbsə məhkum edib. Prokurorlar "ölüm taciri" adlandırdıqları Boutu terrorizmdə təqsirləndiriblər.

Bout dinləmə zamanı ona qarşı irəli sürülən ittihamları uca səslə "yalan" adlandırıb və qanuni biznesmen olduğunu iddia edib. Onun vəkili lazım gələrsə qərarı Ali Məhkəmə qarşısına çıxaracağını bildirib.

XS
SM
MD
LG