Accessibility links

İdman naziri Rusiyanın Olimpiadada iştirakına icazə verilməsini xahiş edir


Rusiyanın İdman naziri Vitali Mutko
Rusiyanın İdman naziri Vitali Mutko

Rusiyanın İdman naziri Vitali Mutko Rusiya idmançılarının Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakına icazə verilməsini xahiş edib və atletlərin əvvəllər dopinqdən istifadəsinə görə üzr istəyib.

Bu haqda Britaniyanın Sunday Times qəzeti məlumat verib.

Moskva Rio de Janeyroda Olimpiya oyunlarına üç aydan az vaxt qaldığı vaxt Rusiya idmançılarının yüngül atletika idmanı üzrə yarışlara qarılmasına qoyulmuş qadağanın aradan qaldırılmasına çalışır.

Rusiyanın İdman Federasiyasının bir neçə idmançının qadağan olunmuş dopinqdən istifadə etməsilə əlaqədar Beynəlxalq Atletika Federasiyası Assosiasiyasında fəaliyyəti dayandırılıb.

Rusiya idmançıları məşq zamanı
Rusiya idmançıları məşq zamanı

"Federasiyada idmançılar və məşqçilər tərəfindən ciddi səhvlərə yol verilib... Biz buna görə utanırıq"-deyə İdman naziri Vitali Mutko dopinq qalmaqalı ilə əlaqədar bildirib.

"Biz bizi və dünyanı aldatmağa çalışan idmançıların daha əvvəl yaxalanmadığına görə təəssüf hissi keçiririk. Biz təəsüflənirik, çünki Rusiya idmanda ən yüksək standartların saxlanmasına sadiqdir və Olimpiya dəyərlərini təhlükə altına alan hər bir şeyin əleyhinədir"-deyə nazir bildirib.

"Federasiyada idmançılar və məşqçilər tərəfindən ciddi səhvlərə yol verilib... Biz buna görə utanırıq"-Vitali Mutko

2012-ci ildə London Olimpiadasında medalların sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdə olan Rusiya Beynəlxalq Anti-Dopinq Agentliyinin müstəqil komissiyasının dopinqdən geniş istifadə edildiyini müəyyən etməsindən sonra yarışlarda iştirakdan kənarlaşdırılıb.

Beynəlxalq Anti-Dopinq Agentliyinin prezidenti Kreq Reedi BBC radiosuna müsahibədə deyib ki, Risiyanın anti-dopinq agentliyinin Rio de Janeyroda oyunlara qədər dünya idman qaydalarına uyğunlaşacağı ehtimalı yüksək deyil.

Rusiya Beynəlxalq Atletika Federasiyası Assosiasiyasını anti-dopinq sahəsində fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər gördüyünə əmin etməlidir.

İdman naziri Vitali Mutko Rusiyanın Olimpiya ruhu və dəyərlərinə inandığını deyib.

Rusiyanın Olimpiya Komitəsi məsələ ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG