Accessibility links

Rusiya prezidenti Dmitri Medvedev rəsmi səfərlə Türkiyədədir


Rusiya ilə Türkiyə arasında nəqliyyat, kənd təsərrüfatı, təhsil və turizm sahələrində də bir neçə razılıq imzalanacaq

Rusiya prezidenti Dmitri Medvedev enerji sahəsində bir neçə razılıq barədə müzakirələr aparmaq üçün bu gün Türkiyəyə gəlib. Rusiya prezidenti Medvedev və Türkiyə prezidenti Abdulla Gül Rusiyanın yardım edəcəyi nüvə stansiyasının inşası planını da müzakirə edəcəkləri gözlənilir. Liderlərin eləcə də nəqliyyat, kənd təsərrüfatı, təhsil və turizm sahələrində də bir neçə razılıq imzalayacaqları deyilir. Bütün bunlarla yanaşı Rusiyanın Qara Dənizdən keçəcək qaz kəmərinin inşası barədə də son müzakirələr aparacağı bildirilir.

XS
SM
MD
LG