Accessibility links

Rusiya prezidenti Vladimir Putin Almaniyadadır


Rusiya prezidenti Vladimir Putin Almaniyadadır. O, Almaniya kansleri Angela Merkellə ticarət yarmarkasını açıq elan etməlidir. Rusiyanın təşkilində iştirak etdiyi tədbir Rusiyada insan hüquqlarının pozulmasına dair narahatlıqlara görə kölgə altına alınıb.

Hannover ticarət yarmarkasından öncə Putinin Almaniyanın ictimai televiziyasına verdiyi 35 dəqiqiləlik müsahibənin Berlinin mövqeyini dəyişməyəcəyi deyilir. Son zamanlar Rusiyada GHT-lərin redlərə məruz qalması beynəlxalq qrurumların tənqidi ilə qarşılaşıb.

Almaniya mediası bu reydləri Sovet diktatoru Stalinin 1937-38 illərdəki repressiyalarına bənzədib.

Ekspertlər Rusiya ilə Almaniya, xüsusilə də Vladimir Putinlə Merkel arasındakı münasibətlərin sabiq kansler Şröyderdən fərqli olaraq soyuq olduğunu deyir.

Bəziləri hesab edir ki, Rusiyanın dövlət başçısının Almaniya səfəri Şröyderin doğum günü ilə bağlıdır.

Hannover ticarət yarmarkası sabah açılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG