Accessibility links

Ukrayna rəsmiləri cəbhə bölgəsində atəşkəsin pozulduğunu bildirib


Ukrayna rəsmiləri bildirib ki, hökumət qüvvələrilə rusiyapərəst separatçılar arasında çərşənbə axşamından çərşənbə gününə keçən gecə gedən döyüşlər zamanı 8 əsgər həlak olub, 16-sı yaralanıb.

Milli təhlükəsizlik və müdafiə şurasının məlumatına əsasən Luqansk yaxınlığında atışma nəticəsində üç, minaya düşərək isə beş Ukrayna əsgəri həlak olub.

Ukrayna hərbi sözçüsü Andri Lisenko bildirib ki, üsyançılar Svitlodarsk və Horlivka qəsəbələri yaxınlığında və Donetsk şəhərinin qərbində ağır artileryadan istifadə edir.

Rusiya, Ukrayna, Fransa və Almaniya arasında fevral ayında Minskdə imzalanan razılaşmaya əsasən hər iki tərəf ağır artileriyanı münaqişə gedən ərazidən çıxarmalı idi. Lakin hər iki tərəf atəşkəsi dəfələrlə pozub.

BMT-nin məlumatına əsasən Ukraynada 2014-cü ildə başlayan müharibədə 6500 insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG