Accessibility links

Rusiya prezidenti Vladimir Putinin sözçüsü bildirib ki, bəzi Avropa liderləri Ukraynanın şərqində real vəziyyəti başa düşməyə meyl göstərmir.

Kremlin sözçüsü Dmitri Peskov bu açıqlamanı Milanda Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko və digər Avropa ölkələrinin liderlərinin qatıldığı səhər yeməyindən sonra verib. Görüş Ukraynanın şərq regionunda böhranla əlaqədar gərginliyin azaldılması və Rusiya qazının Ukraynaya nəqli ilə əlaqədar mübahisənin həllinə nail olmaq məqsədilə keçirilib.

Cümə günü səhər Rusiya prezidenti Almaniya kansleri Angela Merkellə görüşüb. Kreml görüşlə bağlı verdiyi açıqlamada iki lider arasında Ukrayna məsələsində fikir ayrılıqlarının qaldığını bildirib.

Ukrayna böhranı Moskvanın və Qərb ölkələrinin Ukraynanın şərq regionunda rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında altı aydır davam edən döyüşlərə son qoymağa və təbii qaz təchizatı ilə əlaqədar mübahisənin həllinə çalışdığı vaxt Milanda keçirilən Asiya-Rusiya zirvə toplantısının diqqət mərkəzindədir.

Moskva iyun ayında Ukraynanın 5 milyard dollarlıq borcunu ödəmədiyinə görə ölkəyə təbii qazın nəqlini dayandırıb. Qış mövsümünün yaxınlaşması və Avropa İttifaqı ölkələrində qaza təlabatın artıracağı ərəfədə tərəflər təbii qazın nəqlini bərpa edilməsinə dair hələ də razılıq əldə etməyib.

XS
SM
MD
LG